"1988-ci il 17 noyabr tarixini biz unuda bilmərik. Mən orta məktəbdə oxumağıma baxmayaraq mitinqlərdə iştirak edirdim. Oradakı prosesin canlı şahidi olmuşam. Həqiqətən də, bir dirçəliş günü idi. 17 noyabrdan 5 dekabra qədər çox güclü mitinqlər oldu. Xalq ayağa durdu". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

O, qeyd edib ki,17 noyabr mitinqlərində, əsasən Topxana meşəsində ermənilərin ağacları kəsməsinə etiraz edilirdi. Bundan başqa Ağdamda ermənilər qadağa saatı elan etmişdilər. Onun ləğvini tələb edirdik. Dağlıq Qarabağ muxtar vilayətini guya onlar qurmuşdular. Orada partiya və sovet orqanları var idi. Onların buraxılmasını tələb edirdik. Noyabrda açılacaq Ali Sovetin iclasında iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı sessiyada bu məsələ ilə bağlı məlumat verməli idi. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması kimi ciddi tələblər irəli sürülmüşdü.
Ceyhun Musaoğlu bu barədə fikrini belə izah edib: "İlk dəfə Azərbaycan xalqı möhtəşəm və mütəşəkkil formada meydanlara toplanmışdı. Xalq heç vaxt o meydan hərəkatını öz düşüncəsində, təfəkküründə unutmadı. Onu genişləndirə-genişləndirə, şaxələndirə-şaxələndirə, nəhayət ki, biz 88-ci ildən başlayan yolumuzun son hədəfinə gəldik çatdıq. Biz Şuşaya gəldik çatdıq. Azərbaycan xalqı yenə bu 44 günlük müharibədə bir yumruq oldu. Bununla da göstərdi ki, biz çoxdan dirçəlmişik. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB