"Amnnistiya Aktı Azərbaycanın imicinə müsbət təsir göstərəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Amnnistiya Aktı Azərbaycanın imicinə müsbət təsir göstərəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

“Mən həm Milli Cəbhə Partiyasının sədri olaraq, həm də Milli Məclisin deputatı olaraq Birinci Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən və cənab Prezident İlham Əliyev tərəfindən imzalanan Amnistiya Aktını yüksək dəyərləndirirəm”. Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev qeyd edib.

Onun sözlərinə görə, bunu Azərbaycan tarixində ən böyük humanist addımlardan biri kimi görmək olar: “Ümumilikdə 17-18 min adama bu Amnistiya Aktı şamil ediləcək. Bu da mənə elə gəlir ki, Azərbaycanın müstəqillik tarixində ilk ən böyük Amnistiya Aktıdır. 8 noyarda Azərbaycan xalqı Zəfər Gününü qeyd edirdi. Azərbaycanda olan bu bayram əhval-ruhiyyəsi dünyanın müxtəlif ölkələrində də özünü büruzə verirdi. Sosial şəbəkələrdə paylaşıldı, "Tviter" sosial şəbəkəsində trendə çevrilmişdi. Belə bir məqamda həmin günü həm də 17-18 minə yaxın məhbus ailəsi də bayram etdi. Bu onlar üçün 2 qat bayrama çevrildi. Yəni bu kiçik bir məsələ deyildi. 17-18 min ailə üçün həm 8 noyabr Zəfər Günü bayramı, həm də onların ailə üzvünün həbsxandan evinə dönməsi bayramına çevrildi. Həmçinin onu da qeyd etmək istərdim ki, 17 min ailənin sevinci həm də bütün Azərbaycana müsbət təsir göstərəcək. Azərbaycanda sosial gərginliyin azaldılmasına gətirib çıxaracaq. Azərbaycanda milli birliyin daha da möhkəmlənməsinə səbəb olacaq. Həmçinin bu Amnistiya Aktının imzalanması Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda da Azərbaycan imicinə müsbət təsir göstərəcək. Bu da Azərbaycanın humanist, sivil, kübar bir dövlət olmasının göstəricisi kimi qəbul ediləcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə