"Ermənistan Rusiyanın, Türkiyənin çətiri altında gizlənməyə çalışır" - EKSPERT RƏYİ

"Ermənistan Rusiyanın, Türkiyənin çətiri altında gizlənməyə çalışır" - EKSPERT RƏYİ

“Bir neçə gün bundan öncə "Arqumentı i faktı" qəzetinə müsahibəsində Armen Sarkisyan rus sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində daimi olaraq qalmasının vacibliyini bildirən Ermənistan prezidenti Armen Sarkisyan suala cavab olaraq bildirib ki, "Rusiya ordusu on illərlə, yüz illərlə bu ərazidədir. Onun burada olması son dərəcə vacibdir. Sülhməramlıların burada etdiklərinin həm regional siyasət, həm Qarabağın statusu və bu regionun gələcəyi üçün sabah müharibə olmaması haqqında ehtimal olunan danışıqlar üçün böyük əhəmiyyəti var". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan prezidentinin verdiyi bu açıqlamadan qısa müddət sonra isə yeni bir açıqlama verib: “Armen Sarkisyanın verdiyi bu açıqlamanın ünvanı Türkiyə olub. Ermənistan prezidenti Türkiyə ilə bağlı sualları cavablandırarkən bildirib ki, “Türkiyə ilə yaxşı münasibətlər qurmaq əla olardı. Mürəkkəb məsələ olsa belə, istərdim ki, Azərbaycanla bağlı problemlər həll olunsun. Çətin də olsa Türkiyə ilə münasibətlər yaxşı olmalıdır. Axı biz tarixi necə unuda bilərik?”.

S.Hümbətov vurğulayıb ki, Ermənistan prezidenti Armen Sarkisyanın qısa müddət ərzində iki fərqli fikirə düşməsi onu göstərir ki:

1. Onun siyasi savadı prezident olacaq səviyyədə deyil,
2. Erməni xislətinə uyğun olaraq yer dəyişdirməyi “yaxşı” bacarır,
3. Ermənistandakı idarəetmə nəzarətdən çıxmış haldadır,
4. Ermənistan bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Türkiyənin çətiri altında gizlənməyə çalışır.

Hesab edirəm ki, Ermənistan prezidenti Armen Sarkisyanın belə qeyri-stabil açıqlama verməsinin arxasında həm də Rusiyaya qarşı inamsızlıq dayanır. Ona görə ki, II Qarabağ savaşından sonra da erməni cəmiyyətində Rusiya bizi satdı anlayışı formalaşmağa başlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə