"Azərbaycan Ordusu erməni mifini də tamamilə məhv etdi - MÜNASİBƏT

"Azərbaycan Ordusu erməni mifini də tamamilə məhv etdi - MÜNASİBƏT

"Bu gün ölkəmizdə Zəfər Günü qeyd olunur. 2020-ci il sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində Müzəffət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan münaqişə boyunca apardığı xarici siyasət və effektiv diplimatik fəaliyyət zəfəri yaxınlaşdıran faktorlardan hesab olunur: "Bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib və münaqişənin həlli üçün hüquqi baza formalaşdırılıb. İşğal müddətində Ermənsitan bütün layihələrdən təcrid edildi. Əksinə Azərbaycanın təşəbbüsü ilə ötən müddətdə reallaşan transmilli layihələr regionda tamamilə yeni mənzərə yaratdı. Enerji və nəqliyyat layihələri ölkəmizin regional geosiyasi mövqeyini daha da möhkəmləndirdi.

Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı nəticəsində Ermənistanın silahlı qüvvələri məğlub edilməklə yanaşı, erməni ordusu haqqında yaradılmış mif də tamamilə məhv edildi. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, hərbi texnikası və canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Artıq regionda yeni düzən formalaşır. Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir. Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhədyanı dövlətlərin maraqlarına cavab verir. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır. İnanıram ki, növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə