Vətən müharibəsinin ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq 04.11.2021-ci il tarixində YAP Şamaxı rayon təşkilatı, Gənclər və İdman İdarəsi, Şahmat məktəbilə birgə Zəfər adlı şahmat üzrə turnir təşkil etmişlər. Yarış iştirakçıları ilk öncə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov qeyd etdi ki, hər gününü sonsuz ümidlə, həyacanla, sevinc və göz yaşları ilə yaşadığımız möhtəşəm 44 gün! İndi həmin günləri açıq ürəklə, açıq alınla yaşayır, qürur və fərəh hissilə xatırlayırıq. 44 günün hər günü şanlı tarixdir. Şamaxı Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov vurğuladı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qələbəsi ilə bitən bu savaş, ilk növbədə, dünyaya Azərbaycan qüdrətini nümayiş etdirmiş oldu. İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların yaratdıqları ikili standartlar prinsipi və cəzasızlıq mühitindən yararlanaraq məkirli oyunlarından əl çəkmədi.
Sonda tədbirdə Şamaxı şahmat məktəbinin direktoru Şəhriyar Soltan çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artırır, xalqın güzəranını və rifahını dönmədən yüksəldir. Bu gün isə Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Sonra yeddi komanda üzrə 32 iştirakçı yarışa start verdilər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB