“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib" - DEPUTAT RƏY BİLDİRDİ
“Ölkəmiz müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfü deyil: “Ölkə başçısı, cənab Prezident İlham Əliyevin apardığı çoxşaxəli müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun artması, dünyada cərəyan edən qlobal problemlər fonunda ölkəmizdə hökm sürən sabitlik, dünyanın aparıcı beynəlxalq təşkilatlarının və ölkələrinin diqqətini cəlb etməkdədir.
Beynəlxalq tədbirlərin təşkilatçılarından biri kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tariximizi, mədəniyyətimizi və ölkəmizdə olan multikultural dəyərləri beynəlxalq səviyyədə təbliğ edən çox unikal bir platformadır.
Mərkəzin təşkilatçılığı ilə baş tutan və artıq ənənə halını almış Bakı Qlobal Forumunda bu günə kimi çox müxtəlif mövzularda öz sahələrində dünyanın aparıcı liderləri olmuş siyasətçilər, ziyalılar, dövlət xadimləri, alimlər çıxışlar etmiş, dünyamızı təhdid edən qlobal problemlərin həlli yollarını müzakirə etmiş, fikir mübadiləsi apardılar”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu forumda müxtəlif panellərdə “COVİD-19-dan sonra yeni dünya nizami”, “Yeni Dünya İqtisadiyyatı”, “Səhiyyə və əhalinin vaksinasiyası”, “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” və digər çox ciddi mövzularda yerli və xarici mütəxəssislərin məruzələri və təklifləri müzakirə ediləcək: “Düşünürəm ki, bu forumda müzakirə olunacaq mövzularda Azərbaycan hökumətinin əldə etdiyi uğurlar, xüsusilə COVİD-19 pandemiyası ilə mübarizə sahəsində gördüyü dünyamiqyaslı işlər, iştirakçıların marağına səbəb olacaq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə olacaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB