Bu, xalq-iqtidar birliyinin əyani sübutu idi - DEPUTAT ŞƏRH ETDİ
“Ölkə prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın noyabr ayının 1-də İsmayıllı və Şamaxı rayonlarına növbəti səfəri baş tutub. Səfər çərçivəsində həm vətəndaşlarla görüşləri, həm də onlarla səmimi münasibətləri, Azərbaycan xalqının ölkə Prezindenti və vitse-prezidentinə çox səmimi münasibətlərini nümayiş etdirməsi bir daha onu göstərir ki, xalq-iqtidar arasında çox böyük bağlar var”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı cənab Prezidentin və ölkəmizin birinci vitse-prezidentinin gördüyü bütün işləri çox yüksək qiymətləndirir: “Bütün bunlar bir daha sübut edir ki, xalqımız müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib. Səfər çərçivəsində bir çox infrastruktur layihələrin açılışı da olub. Azərbaycan COVİD-19-un dünya iqtisadiyyatına vurduğu zərbədən, o cümlədən 44 günlük Vətən müharibəsindən çıxmış ölkə olmasına baxmayaraq cənab Prezidentin yürütdüyü uzaqgörən siyasət sayəsində ölkəmizin hərtərfli inkişafı üçün istiqamət olduğunu müşahidə edirik”.
C.Osmanov vurğulayıb ki, dünənki səfər çərçivəsində də bu, əyani şəkildə özünü sübut etdi: “Digər tərədən dini abidələrimizin bərpasında birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir daha rolunu və böyük payını gördük. Biz yaxşı bilirik ki, Heydər Əliyev Fondu ölkəmizdə və ölkə hüdudlarından kənarda bu kimi bir çox missiyaları həyata keçirib. Bu, bir daha Azərbaycanın necə tolerant bir ölkə olduğunu sübut edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB