Azərbaycanın yaratdığı yeni reallıq əməkdaşlıq və sabitliyə xidmət edir - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycanın yaratdığı yeni reallıq əməkdaşlıq və sabitliyə xidmət edir - DEPUTAT ŞƏRH ETDİ

“Bakı beynəlxalq gündəliyi üçün aktual məsələləri müzakirə edilən meydana çevrilib. Pandemiyadan əvvəl müxtəlif təyinatlı beynəlxalq tədbirlər Bakıda keçirilirib və dünyanı narahat edən məsələlərin müsbət müzakirələri aparılıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, pandemiya dövründə də Bakı videoformatda bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib: “Qlobal Bakı Forumu Azərbaycanın yaratdığı platformadır və bu platformada dünyanın seçilmiş ziyalı şəxsləri iştirak edirlər. O cümlədən 4-6 noyabrda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumu keçirilməsi nəzərdə tutulur. Bu Forumda da COVİD-19-dan sonra yeni dünya nizamı, Yeni Dünya İqtisadiyyatı, Səhiyyə və əhalinin vaksinasiyası, Cənubi Qafqaz, regional inkişaf və əməkdaşlıq üçün perespektivlər və digər mövzularda müzakirələrin aparılması nəzərdə tutulur”.

A.Badamov vurğulayıb ki, dünya ictimaiyyətini düşündürən aktual bu mövzuların məhz Bakıda müzakirəsi məhz Azərbaycanın dünya üçün daha əhəmiyyətli ölkəyə çevrilməsinin göstəricisi hesab edirəm: “Həm də beynəlxalq siyasi platformalar zəfərimizdən sonra yaratdığımız yeni reallığın müzakirəsi üçün də bir imkan olduğunu düşünürəm. Dünyanın müxtəlif yerlərindən Bakıya gələcək siyasətçilər və elm adamları bir daha görəcəklər ki, Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıq əməkdaşlıq və sabitliyə xidmət edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə