YAP Suraxanı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli "D" yaşayış sahəsi ünvanında yerləşən ərazi ilk partiya təşkilatında rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilib. Öncə Zəfər bayramına həsr olunmuş sərgiyə baxış keçirilib. Məktəbin akt zalında ərazi ilk partiya təşkilatının sədri Rahidə İsmixanova YAP-ın VI qurultayından ötən dövr ərzində görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb, çıxışlar edilib.
Qaraçuxur qəsəbəsi Yeni Günəşli "D" yaşayış sahəsi ünvanında yerləşən ərazi ilk partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək, qərar qəbul edilib. ƏPT-nin üzvlərinin səs verməsi nəticəsində sədr Rahidə İsmixanova, sədr müavini Loğman Hüseynov seçilib. ƏPT-nin iclası ilə bağlı protokol tərtib edilib. Sonda YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək bildirib ki, Qaraçuxur qəsəbəsi Yeni Günəşli "D" yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar.
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyələrini vermiş, ƏPT-nin fəaliyyətinə uğurlar diləyib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB