"Bu, Azərbaycan və Türkiyə qardaşlığının nümunəsidir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Tarixin ən əsas məqamlarında Azərbaycan Türkiyənin yanında, Türkiyə isə Azərbaycanın yanında olub”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Çanaqqala savaşında azərbaycanlılar 3 mindən çox şəhid verib: “1918-ci ildə Bakının qurtuluşunda Nuru Paşanın komandanlığında qardaş Türkiyə ordusu 1130 şəhid verib. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinin böyük hissəsinin erməni-daşnaq-bolşevik işğalından azad edilməsində böyük qəhrəmanlıq göstəriblər. Azərbaycanlılar hər zaman Türkiyənin yanında olub. Azərbaycanın hərbiçiləri, ziyalıları Türkiyə Cümhuriyyətinin qurulmasında canları, qanları bahasına iştirak ediblər. Azərbaycanın müstəqilliyini ilk Türkiyə tanıyıb. Azərbaycanın ən böyük layihələri qardaş Türkiyənin üzərindən dünya bazarına çıxarılır. Ümummilli Lider Heydər Əliyev bu əlaqələri yüksək səviyyəyə qaldırıb və bu gün cənab Prezident İlham Əliyev tərəfindən əlaqələr davam etdirilir”.
Emin Həsənli sözlərinə davam edərək həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə də bütün Türkiyə Azərbaycanın yanında oldu: “Zəfər Paradı Türkiyə ilə birgə qeyd edildi. Bildiyimiz kimi Şuşa bəyannaməsi Qars müqaviləsindən sonra ən böyük müqavilədir. Bu bəyannamə Azərbaycan ilə Türkiyənin hərtərəfli əlaqələrin genişlənməsi və dərinləşməsinə xidmət edir. Bundan əlavə Füzuli beynəlxalq hava limanının açılışı və Zəngəzur dəhlizi üçün təməl daşının qoyulması böyük tarixi hadisədir. Bu Azərbaycan və Türkiyə qardaşlığının nümunəsidir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB