YAP Qazax rayon təşkilatının fəalları iki şəhidin ildönümündə iştirak ediblər ANIM
29 oktyabr 2021-ci il tarixdə YAP Qazax rayon təşkilatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi Nəsibov Asəf Səfəralı oğlunun və şəhid Nəsibov Elməddin Yusif oğlunun şəhid olmalarının ildönümləri ilə əlaqədar məzarlarını ziyarət ediblər. Anım mərasimində şəhidlərin əziz xatirəsini böyük ehtiramla yad edib, ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzmüşlər. Daha sonra şəhidlərin ailəsi ilə görüş keçirilib. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB