Əli Kərimli qrant layihələrinin bir hissəsidir ŞƏRH

Yaxud mitinq düşkünlüyü, yoxsa intiqam hissi?

Özünü “müxalifət” adlandıran, cəmiyyətdə dayağı olmayan, hələ də mitinq və küçə təfəkkürü ilə yaşayan, qrantlara görə hər şeylərini satan erməni xislətli xarici qüvvələrin nökərləri olanlar 30 il əvvəlki ağıl və düşüncə, vərdişlərini unuda bilmirlər. Dünya inkişaf edir, demokratik seçki, siyasi mübarizə metodoligiyası təkmilləşir. Demokratik cəmiyyətin əsas atributuna çevrilən xalqın seçimi hakimiyyətin əsas təməli kimi daha da möhkəmlənir. Ancaq “müxalifət” pərdəsi altında olan satqınlar hələ də anlamırlar ki, indiki hakimiyyət milli hakimiyyətdir və mitinq və küçə yürüşləri demokratik mübarizənin, xalqın iradəsinin və sosial sifarişin ifadəsi deyil.

Mitinq sifarişini verən xarici qüvvələr və bu sifarişin köləsinə çevrilən antimilli ünsürlər anlamırlar ki, Azərbaycan dövləti ilə xalqının monolitliyi, iqtidar və xalq birliyi bütün bu təxribatları iflasa uğradır. Azərbaycan cəmiyyəti radikal müxalifətin bu cür antimilli mövqeyini ikrah hissi ilə qarşılayır. Bütövlükdə isə, xalqın radikal müxalifətə etimad göstərməməsinin səbəbi bəllidir: ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan, dağıdıcı çağırışlar edən, radikal-ekstremist qüvvələri dəstəkləyən, həmçinin bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə etimad göstərmir!

Əli Kərimli: "Biz xaricdə internet TV və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik"

Göründüyü kimi, AXCP sədri satqın Əli Kərimli bünövrədən çirkabla həyata göz açıb. Mitinq xəstəsi Əli Kərimli bu günlərdə katibəsi, ata qatillərinin müdafiəçisi Sevinc Osmanqızının kanalında verdiyi müsahibəsində bildirir ki, guya "sosial sifariş olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər". Ancaq unudur ki, sosial sifariş çoxminlyonlu cəmiyyətin hər bir üzvünün tələbidir. Məsələ ondadır ki, cəmiyyətin kiçik bir qisminin arzu və istəkləri ümumilikdə sifariş deyil, müəyyən qüvvələrin maddi-siyasi maraqlarının ifadəsidir. Gülünc və absurd düşüncə. 150-200 insanın mintinq ehtirası hansı sosial sifariş ola bilər? Ancaq mitinqin həqiqətən sifariş olduğunu da gizlətmək olmaz, bu sifarişin mənbəyi isə Azərbaycan deyil, Qərbdəki anti-Azərbaycan qüvvələridir. Bunu Kərimlinin fikirləri də çılpaqlığı ilə ortaya qoyur. Onun "biz xaricdə internet TV və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik" fikri də xaricdən idarə olunduqlarını, sifarişin də, məhz xarici ağaların verdiyini təsdiqləyir.

Göründüyü kimi, mitinq və digər aksiyalar "Milli Şura"nın və Əli Kərimlinin qrant layihəsinin bir hissəsidir. Bu layihələrin məqsəd və məramı gizli deyil, Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətini hədəf seçmək. Həm ölkə daxilindəki "beşinci kolon” nümayəndələri, həm də «mühacir» adı ilə xaricə sığınan antimilli ünsürlər ermənipərəst mərkəzlərdən aldıqları qrantların «haqq»ını vermək üçün istənilən hadisədən, mövzudan istifadə etməklə ölkədə qarışıqlıq yaratmaqdır.

Və "Beşinci kalon"un satqın “sülaləsi” - Əli Kərimlini, Sevinc Osmanqızını, Cəmil Həsənlini, Qənimət Zahidi, Xədicə İsmayılı, Vidadi İskəndərlini, Arif Məmmədovu…və bu kimi erməniyə satılanları nə maraqlandırır? Əli Kərimli deyir ki, "əgər ölkənin daxilində ciddi dirəniş olmasaydı, bu gün baş verənlər olmayacaqdı. Bunu bilin, biz meydanda olanda dünya bizi eşidəcək!". Nə qədər rəzil düşüncə! Başqa cür də düşünə bilməzlər. Çünki xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan bu satqın, antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır. Çünki "Beşinci kalon"un satqınları xarici antiAzərbaycan dairələrdən aldığı pullarla ölkəmizə, müstəqilliyimizə qarşı mübarizə aparan erməni lobbisi və terrorçularla həmişə bir səngərdə yer alan antimilli ünsürlərdir. Azərbacan dövləti və dövlət başçısı hər addımında milli maraq və mənafeləri uca tutur. Azərbaycanda hakimiyyət tərəfindən aparılan siyasətin ən başlıca vəzifəsi azərbaycan vətəndaşın daha da firavan yaşamasıdır.

“Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!

Böyük şairimiz Məmməd Arazın dediyi kimi: “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!”. Bəli, bu gün «ermənidən betər» olan, niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat dağıdıcı müxalifət əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Bu aksiomadır ki, erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. Bu yerdə ermənilərin dostları ilə dostluq edən "Milli Şura"çılar kimdir? Nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Cavab bəllidir. Çünki Vətən daşına dönük çıxanlar bu ölü qurumda toplaşıb. Ancaq bu gün istər Əlisi, Cəmili, İsası, Arifi, Gültəkini... və bu kimi satqın və əxlaqsızlar Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulasalar da, arzuları elə bir daşa dəyir ki... sonda xalqın nifrətinə düçar olurlar.

Bu gün özünü “qazi” adlandıran Tofiq Yaqublu kimilərin ortaya düşərək, Azərbaycan xalqının Vətən Müharibəsindəki qələbəsi ilə bağlı böhtanlı sözlər deməsi, doğrudan da böyük şairimizin dediyi kimi, belələri Vətən qədrini bilməzlər. Bu, artıq sağalmayan siyasi xəstəlikdir. Bu siyasi xəstəlik illərdir ki, vətən satqınlığı ilə müşayiət olunur.

“Bu oyun Əli Kərimlinin əl işidir”

“Hətta Paşinyan belə tarixi Azərbaycan adlarını azərbaycanca deyirsə, bu, artıq kapitulyasiyanın təhtəlşüura, dilaltına, dilarxasına işləməsidir. Və bütün bunlardan sonra da ermənidən artıq erməni olmaq meyilləri qaragüruhda qalırsa, bu, gen məsələsidir. Dost dosta tən gərəyi bilirdik, düşmənə isə gen gərək. Genetik kodla bağlı olmaq gərək”. Bunu Mirşahin Ağayev Real TV-nin “Mirşahinin vaxtı” proqramında deyib. O, bildirib ki, Şuşa, Laçın Kəlbəcər məğlubiyyətinin təkcə Müsavat-AXC cütlüyünün fəaliyyətinin nəticəsi deyil, həm də bu cütlüyün Koçaryanla, Sarqsyanla rəmzi şəriklik, müştərəkliyinin yekunu olduğunu unutmamalıyıq: “Ona görə də qələbəmiz həm Koçaryanda, həm Sarqsyanda, həm də 1992-ci ildə bir il hakimiyyətdə olmuş səriştəsiz, fərsiz, məsuliyyətisiz həvəskarlar korpusunda qıcıq yaradır. Və elə burdaca beşinci kalon məsələsi ortaya çıxır. Bu ifadənin tarixinə ekskurs etməyəcəm. Fərqli situasiyalarda paralellər bəzən heç yerinə düşmür. Amma bir yanlışa mütləq düzəliş verməliyik. «Beşinci kalon» qaragüruh başçıların iddia etdiyi və bizim bəzi qara media tribunlarının yönləndirdiyi yerdə deyil. "5-ci kolonun" bugünkü əsas fəaliyyət istiqamətlərindən biri də təxribat xarakterli informasiyaların və dezinformasiyaların yayılmasıdır».

Bəli, "5-ci kalon"a xas təxribat xarakterli informasiyalar və dezinformasiyalar, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şaiyələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması barədə iddialar məhz qaragüruhun, onu yönəldən Kərimlinin əl işidir. Və Əli Kərimli və onun qoltuğuna sığınan virus müavini Seymur Həzi də təxribat xarakterli informasiyalar və dezinformasiyalar yayaraq sosial şəbəkəldən mitinq çağrışı edənlərin başını «dəmir yumruq»la birdəfəlik əzmək, siyasi etikaya, insanlığa uyğun gəlməyən formada istifadə edən bu cür virusların çağırışına meydan verməməlidir. Çünki xalq “müxalifət” pərdəsi altında iyrənc hərəkət edənləri çoxdan tarixin zibilliyinə atıb.

Bir sözlə, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - mənəviyyatsız! Bu satqın və mənəviyyatsızlar bilməlidirlər gec-tez xalqın qarşısında ən ağır cəzalarını alacaqlar, özü də bağışlanılmayan cəzalarını!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə