Qobustan rayon Bədəlli kəndində şəhid Fədail Nadirovun məzarı ziyarət olunub ANIM

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkili Şahin Seyidzadə, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Qobustan rayonu Bədəlli kəndindən şəhid olan “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Nadirov Fədail Fərhad oğıunun məzarını ziyarət etmişlər Şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxunmuşdur.

Görüşdə şəhidin valideynləri oğlunun vətənpərvərlik ruhunda tərbiyə edildiyindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Onun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” medallarına layiq görüldüyünü qeyd ediblər. Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...