BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı rəhbəri Ağdama səfər edib FOTO

BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Guido Ambroso Ağdama səfər edib.

SİA-nın məlumatına görə, bu barədə Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" hesabında etdiyi paylaşımda bildirib.

"Bu gün BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Guido Ambroso və rəhbərlik etdiyi nümayəndə heyəti Ağdama səfər edib və erməni vandalizmi nəticəsində dağıdılmış ərazilərin canlı şahidi olub" - deyə paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...