“SOROS”-a "əl müxalifət"i ifşa olunur - ŞƏRH

“SOROS”-a satılan Əli Kərimlinin sosial şəbəkələrdə xalqı mitinqlərə çağırması heç də təəccüb doğurmur. Çünki xalqımız 44 günlük Vətən müharibəsi zamanı 30 illik torpaq həsrətinə son qoyaraq qələbə qazandı və bu gün həmin qələbəmizin ildönümünü yaşayırıq. Bu qələbədən narahat olan “SOROS”-a satılmışlar sosial şəbəkələrdən mitinq çağırışı ilə xalqı “həmrəyliyə” çağırırlar. Ancaq anlamırlar ki, xalq AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri müdətində torpaqlarımızı sataraq xalqımıza 30 illik problem"miras" qoydular. Və bu illər ərzində qrant almaq düşüncəsi ilə SOROS-a satılmlar hər şeylərini satdılar. Və bu gün bu satqınlar tarixin zibilliyin içərisində yalnız insanları zəhərləməklə məşğuldurlar. Bugünlərdə "Osmanqızı TV"-də "Vətən savaşı başlayarkən biz birlik nümayiş etdirdik",- deyə çıxış edən bu yalançı, satqın, mənəviyyatsız Əli Kərimli kimilər nə qədər iyrənc görünür. Erməniyə nökərçilik edən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İskəndərli kimi subyektlər hansı birlikdən danışırlar? Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatları zamanı siyasi partiyalar birgə bəyanat qəbul edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildirərkən, bu həmrəylikdən kənarda qalan Əli Kərimli və onun ətrafında olan bu gün yenə də sosial şəbəkələrdə dövlətə, hakimiyyətə qarşı yalan, böhtan deməklə, əldə olunmuş qələbəni kiçiltməyə, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar.

Bu “həmrəyliyi” Əli Kərimli və onun ətrafında olan erməni lobbisinin "təbliğatçıları" bu yolla haraya qədər gedəcəklər?

Yeri gəlmişkən, erməni dəyirmanına su tökən Sevinc Osmanqızının internet televiziyasına açıqlamasında Əli Kərimli iddia edib ki, guya “Milli Şura” və AXCP Vətən müharibəsi dövründə “həmrəylik” nümayiş etdirib. Görəsən, bu həmrəyliyi Əli Kərimli və onun ətrafındakılar hansı formada və kimə göstəriblər ki, kimsə bundan xəbər tutmayıb. Bu yolla onlar hara qədər gedəcəklər? Ancaq xalq hər şeyi yaxşı bilir və görür ki, müharibənin əvvəlində Azərbaycanın qələbəsinə inanmayan, xidmət etdiyi ermənipərəst dairələrin sifarişi ilə davranan Əli Kərimlinin 10 noyabr zəfərindən sonra bütün arzuları puç olub və bundan sonra da uğursuz cəhdləri fiaskoya məhkumdur. Və belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır. Bu ünsürlər unutmamalıdır ki, Azərbaycan xalqının milli birliyi, Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində azad edilən bu torpaqlar bir vaxtlar məhz onların hakimiyyət oyunlarının qurbanına çevrilmişdi.

Çünki bu satqınlar “mübarizələrini” də, “həmrəyliklərini” də yalnız qara piar kampaniyalarının əsasında qurur, yalan rəqəmlər yazmaqla divident qazanmağa çalışır, xalqın adından danışırlar. Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran isalar, əli kərimlilər və onların ətrafı bir anlıq geriyə çevrilib öz əməllərini, xalqa yaşatdıqlarını xatırlasınlar. Onda hansı əməlin sahibi olduqlarını anlayarlar. Dağıdıcı müxalifət rəhbərləri yaxşı bilir ki, xalq onların üstlərindən artıq 1993-cü ildən qara bir xətt çəkərək arxivə atıb.

“Sapı özümüzdən olan balta”lardan məharətlə istifadə edən Əli Kərimli və onun kimilər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...