YAP-da “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı tədbir keçirilir - YENİLƏNİR

“Müasir dövrdə hər bir ölkəni güclü edən əsas faktorlardan biri milli həmrəylikdir”. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın Mərkəzi Aparatında keçirilən “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya ölkələri sırasında layiqli yer turur: “44 günlük Vətən müharibəsindəki qələbədə də milli həmrəylik faktorunun xüsusi yeri var. Müharibə dövründə ölkəmizdə fəaliyyət gösərən siyasi partiyaların əksəriyyəti Ali Baş Komandanın siyasətinə qətiyyətli dəstək göstərdilər. Prezident-xalq-ordu birliyinin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, yeni reallıqların yaranmasına səbəb olub”.

Bütün xəbərlər Facebook səhifəmizdə