YAP Qobustan rayon təşkilatının fəalları şəhidlərin məzarlarını ziyarət etmişlər ANIM

YAP Qobustan rayon təşkilatının fəalları şəhidlərin məzarlarını ziyarət etmişlər ANIM

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev və YAP fəalları Qobustan rayonu Bəklə kəndindən şəhid olan “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Gərayev Tural Şahin oğlu və I-Qarabağ müharibəsi Şəhidi Gərayev Kənan Valeh oğlunun məzarlarını ziyarət etmişlər Şəhidlərin məzarı önünə tər gül dəstələri düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildirib, ruhlarına dualar oxunmuşdur.

Təşkilat sədrinin səlahiyyətlərini icra edən Gülaliyev Füzuli bildirib ki, biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və valideynlərinə səbr diləyirik: “Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir. Şəhidin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə inşa edilən “Şəhidlər bulağı"nda tikinti ilə tanış olmuşlar, işlərin gedişi ilə maraqlanmışlar.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə