“Putin bu yolla Ermənistanı sakitləşdirmək istəyir” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“MDB dövlət başçılarının video-konfrans formatında keçirilən iclasında Rusiya prezidenti Putinin “ən pis sülh müharibədən yaxşıdır” fikrini söyləməsi ikibaşlı bir fikirdir. Əvvəla, bu, aforizmdir, çox qədimdən istifadə edilən deyimdir. Putin isə ondan indi istifadə edir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Putin tərəfləri guya ki, güzəştlərə dəvət edir və sülh danışıqlarına başlanması üçün razılığa gəlməyi təklif edir: “Amma qalib dövlət kimi Azərbaycanın güzəştlərə getmək fikri yoxdur. Bu baxımdan, Putinin bu fikirlərini proseslərdən narahat olan bir ölkənin prezidenti kimi qəbul etmək olar. Ərazi bütövlüyü məsələsində hər hansı bir güzəşt mümkün deyil. Putin sətiraltı Azərbaycanı hər hansısa güzəştə getməyə çağırır və bununla da Ermənistanı sakitləşdirmək istəyir. Amma bu, mümkünsüzdür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...