Ermənistan Naxçıvana avtomobil yolunu açmağa hazırdır - Paşinyan - VİDEO

Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının onlayn iclasındakı çıxışında regionda olan dialoq və düşmənçilik mühitinin aradan qaldırlmasındakı problemlərdən təəssüflənib. SİA xəbər verir ki, Paşinyanın fikrincə, bu problemi həll etməyin bir yolu var: “Mövcud problemləri yalnız bütün regional nəqliyyat və iqtisadi kommunikasiyaları açmaqla həll etmək olar. Bu kontekstdə üçtərəfli bəyanatın şərtlərinə əməl etmək çox vacibdir”.

Ermənistanın baş naziri Paşinyan üçtərəfli işçi qrupları (Ermənistan-Rusiya və Azərbaycan baş nazir müavinləri) çərçivəsində bütün kommunikasiyaların açılması yönündə işlərin getdiyini qeyd edib: “Ümid edirik ki, yaxın gələcəkdə konkret nəticələr əldə olunacaq. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycan ərazisi ilə Rusiya ilə dəmiryol və avtomobil əlaqəsi, İranla dəmiryol xətti əldə edəcək. Azərbaycanı isə Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikası ilə dəmiryol və avtomobil əlaqəsi olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə