"Xain və qorxaq birindən bundan artıq bir şey gözləmək olmazdı" - DEPUTAT REAKSİYA VERDİ

"Xain və qorxaq birindən bundan artıq bir şey gözləmək olmazdı" - DEPUTAT REAKSİYA VERDİ

“Cənab Prezident İlham Əliyevin Ermənistan rəhbərliyi barədə söylədiyi faktlar bir daha bu rejimin necə yararsız və faşist quruluş olduğunu bütün dünyaya göstərir. Bu qələbə isə bizim yalnız bu hakimiyyət yox, ümumilikdə Ermənistanı illərdir terror dövlətinə çevirənlərə qarşı qazandığımız qələbədir”. Bu sözləri Milli Məclisin üzvü Vüqar İskəndərov SİA-ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, 1994-cü ildən atəşkəs elan edildikdən sonra Ermənistanda hakimiyyətə gələn heç bir rəhbərlik Azərbaycanla danışıqlar yolunu seçmədi: “Ancaq özlərinin miflərlə dolu “yenilməz” ordularına güvəndilər. Elə zənn edirdilər ki, illər ötdükcə Azərbaycan işğal altındakı torpaqlarını unudacaq. Ancaq bu 27 il ərzində Azərbaycan əksinə həm hərbi, həm iqtisadi, həm siyasi sahədə müstəqil, demokratik siyasət yürütməklə regionun lider dövlətlərindən birinə çevrildi. Ermənistan isə bu illər ərzində nəinki inkişaf sanki vassal ölkə səviyyəsinə qədər endi. Əlbəttə, bunların başında əsas günahkarlardan biri cənab Prezidentin də qeyd etdiyi kimi Serj Sarkisyandır. Çünki Ermənistanın son illər tarixinə nəzər saldıqda Serj Sarkisyanın mühüm postlar tutduğunun xüsusən də Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinə rəhbərlik etdiyinin şahidi oluruq”.

V. İskəndərov vurğulayıb ki, deməli bu dövləti sivil quruluşdan terror dövlətinə çevirənlərin ən başda gələni elə bu faşist Sarkisyan olub desək yanılmarıq: “Sarkisyan isə bu gün öz səhvlərini boynuna almaq əvəzinə 2 ildir ki, hakimiyyətdə olan Paşinyanı günah “keçisi” etməyə çalışır. Əlbəttə, xain və qorxaq birindən bundan artıq bir şey gözləmək olmazdı. İndi isə Sarkisyan biabırçı məğlubiyyətlə barışmaq əvəzinə revanşist qüvvələri dəstəkləməklə məşğuldur. Ancaq bu dəfə erməni xalqı ümid edirik əvvəli səhvlərə yol verməz və bu terrorçu Sarkisyanın yalan vədlərinə inanmaz”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə