"27 sentyabr bizə yeni dövrün qəhrəmanlarını tanıtdı" - MƏRKƏZ SƏDRİ AÇIQLADI
“27 sentyabr Azərbaycan tarixində yeni dövrün başlanğıcı kimi qalacaq. Bir müddət sonra biz tarixi dövrdə yaşadığımızı, bu dövrə şahidlik etdiyimizi daha yaxşı dərk edəcəyik”. Bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdiyev deyib.
Onun sözlərinə görə, müasir Azərbaycan vətəndaşı tariximizin ən parlaq dönəminə şahidlik etdiyi üçün çox xoşbəxtdir: “Həmin tarix 27 sentyabrdır. 27 sentyabr hüznlə kədərin qarışdığı gündür. Hər bir xalq öz qəhrəmanları ilə yadda qalır. 27 sentyabrda başlayan müharibə bizə yeni dövrün qəhrəmanlarını tanıtdı. 27 sentyabr erməni faşizmi üzərində qələbənin təməlinin qoyulduğu tarixdir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi sayəsində bəşəriyyət üçün təhlükəli olan azğın bir düşməni cilovlamağı bacardı. Erməni faşizminin məğlubiyyəti bölgədə birgəyaşayışın, sülh və əmin-amanlığın təməlini qoyan mühüm siyasi hadisədir. İnsanlıq düşməni olan bu azğın adamları zərəsizləşdirdiyi üçün bəşəriyyət Azərbaycan Ordusuna minnətdar olmalıdır. Azərbaycan xalqı Vətən müharibəsində qazandığı qələbə ilə qonşu dövlətlərin və xalqların sülh şəraitində yaşamasına böyük töhfə vermiş oldu. İlanın başı əziləndən sonra o təhlükəli olmur. Biz ilanın başını əzib zəhərli dişini çıxarmaqla müasir dünyaya çox böyük yaxşılıq etmiş olduq. Buna görə də, Anım Günü kimi qeyd etdiyimiz 27 sentyabr təkcə Azərbaycanın deyil, dünyanın siyasi tarixinə qızıl hərflərlə həkk olundu. Dünya mövcud olduqca bu tarixlə qürur duyacaq, onu öz müqəddəs qanları ilə yazan şəhidlərimizi sonsuz hörmət və ehtiramla anacağıq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB