Benzin çatışmazlığı üzündən dava düşüb

Qərbi Susseksdəki yanacaqdoldurma məntəqələrindən birində benzin qıtlığı ilə bağlı dava düşüb. SİA xəbər verir ki, bu barədə videonu “The Sun” nəşri yayıb.

Yayılan videogörüntülərə görə, motosikletçi başqa sürücüyə hücum edib, daha sonra daha bir neçə nəfər münaqişəyə müdaxilə edib.

İngiltərə, yük maşını sürücülərinin və yanacaq tankerlərinin çatışmazlığı səbəbindən son bir neçə ay ərzində ərzaq təchizatı zəncirində də fasilələrlə üzləşib. Hökumət ingilisləri çaxnaşma salmamağa çağırıb, lakin çoxları artıq yanacağı qablarda almağa başlayıb. Nəticədə, yanacaqdoldurma məntəqələri hər müştəri üçün 30 funt sterlinq həddi tətbiq etmək qərarına gəlib.

Məlumatlara görə sürücülər Londonun şərqindəki bir yanacaqdoldurma məntəqəsində böyük bir növbədə dayanırlar, baxmayaraq ki, orada yanacaq yoxdur. Hətta İngiltərənin paytaxtının mərkəzi hissəsində bəzi yanacaqdoldurma məntəqələrinin girişi tamamilə bağlıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə