YAP Masallı rayon təşkilatının nümayəndələri şəhid məzarlarını ziyarət ediblər - FOTOLAR

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları rayonun Çaxırlı, Kəlbəhüseynli, İmanlı, Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərindən olan Qarabağ döyüşlərində şəhid olmuş Vəliyev Məhəmməd Nail oğlu, Şahbazov Kənan Natiq oğlu, Gözəlov Ziya Zahid oğlu, Bağırov Namiq Nürəddin oğlu və Ağayev Ağamalı Şamil, Qasımov Cavanşir Beytulla oğlu,Nəzərov Elməddin İsmayıl oğlu, Məlikov Aqil Qismət oğlu, Bayramov Qismət Elyas oğlu, Alışov Nahid Güləli oğlu, Məmmədov Bəyalı İlyas oğlu, Əliyev Məhəmməd İlham oğlu, Nuriyev Bəşir Nuru oğlu, Əzizov Emil Əbil oğlu, Abdullayev Mürvət Əli oğlu, Akifzadə Elmir Gündüz oğlunun ailə üzvlərinə baş çəkilmiş, maddi yardım göstərilib və məzarlarını ziyarət ediblər. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə