Qusar rayonunda Anım günü ilə əlaqədar tədbirlər davam edir FOTOLAR

YAP Qusar rayon təşkilatı 27 sentyabr-Anım Günü ərəfəsində şəhid ailələrinin ziyarət edilməsi aksiyasını davam etdirir. Rayonun Samur qəsəbəsində, Kufoba və Gilahoba kəndlərində Qarabağ müharibəsinin şəhidləri Xamətov Azər Əliyulla oğlunun, Əhmədov Əhməd Mirzəbala oğlunun, Xudaverdiyev Nəbi Şixhəmzə oğlunun və Qaraxanov Mirzəbəy Saruxan oğlunun, eyni zamanda, Quxuroba, Hiloba, Ləgər qışlaq kəndlərində vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda şəhid olmuş Zərbəliyev Aşurəli Səfərəli oğlunun, Həmzəyev Turac Suliddin oğlunun, Şirinov Vüsal Novruz oğlunun, Əliyev Əlipaşa Şafalı oğlunun məzarları ziyarət olunmuş, onların xatirələri dərin ehtiramla yad edilmişdir. Görüşlər zamanı şəhid ailələrin üzvləri onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyindən razı qaldıqlarını bildirmişlər.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...