Milli Məclis bəyanat qəbul edəcək

Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək. Parlamentdən SİA-ya verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Anım günü 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən, Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsində həyatını Vətəninə qurban vermiş şəhidlərimizin əziz xatirəsinə həsr olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...