Ağcabədidə şəhid ailəsi ziyarət edilib

Ağcabədi rayonunda şəhid ailələrinin ziyarət edilməsi daim diqqət mərkəzində saxlanılır. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşkilatın əməkdaşları, YAP fəalları şəhid Xəyal Həziyevin ailəsini ziyarət ediblər. Əvvəlcə şəhidin Ağcabədi rayonunun Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilmiş, üzərinə çiçəklər düzülmüşdür. Sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkərək, ailə üzvləri və ailənin yaxınları ilə görüşublər.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 44 günlük şanlı müharibə nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən işğaldan azad edilməsi barədə, həmçinin qələbənin əldə edilməsində fədakarlıq göstərmiş hərbiçilərimizin rəşadətindən, torpaq uğrunda canından keçmiş qəhrəman döyüşçülərimizin, o cümlədən şəhid Xəyal Həziyevin qanı bahasına əldə edildiyini qeyd etmiş, bütün şəhidlərə və Xəyal Həziyevə allahdan rəhmət diləyiblər. Şəhid Xəyal Həziyevin atası Fehruz Həziyev, anası Məlahət Həziyeva şəhidin adını uca tutduqlarına, onun xatirəsini ehtiramla yad etdikləri üçün öz minnətdarlığını bildirib. Fehruz Həziyev onu da qeyd edib ki, övlad itkisi valideyn kimi onlar üçün ağır olsa da, uzun müddət erməni işğalçılarının zəbt etdikləri Qarabağ torpaqlarının azad olunması ilə təskinlik tapıblar. Sonda F.Həziyev şəhid ailələrinə, həmçinin qazilərə göstərdiyi qayğıya görə, Ölkə Prezidenti Cənab İlham Əliyevə öz təşəkkürünü bildirib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə