"Bunların düşməni öz qurduqları siyasətdir" - DEPUTAT AÇIQLADI

"Biz elə-belə yox, tarixi mənbələrə əsaslansaq, deyə bilərik ki, erməni etnosu, erməni cəmiyyəti meydana gələndən bəri onlar təxribatla məşğuldurlar. Təxribat ermənilər üçün milli bir əlamətdir". Bunları SİA-ya açıqlamasında deputat Nizami Cəfərov deyib.

Buradan da belə bir nəticə çıxartmaq olar ki, əgər bir erməni varsa, deməli, təxribat var. Çünki ermənilər şərqi Anadoluya, xüsusilə də, Van gölü ətrafına köçəndə onların Bizansa, Səlcuqlara, Osmanlıya münasibəti məlumdur. Cənubi Qafqaza köçürüləndən sonra burada azərbaycanlılara münasibəti də məlumdur. Buna görə də, burada daim ehtiyyatlı olmaq lazımdır. İndi dünya da elə bir mexanizm yoxdur ki, təxribatlarına görə, bir etnos kimi qüsurlarına görə, hansısa etnos məhv olunsun. Amma bununla bağlı bizim ədəbiyyatımızda da var. Mirzə Fətəli Axundzadənin “Aldanmış Kəvakib” əsərində də var ki, məsələn, İranda ermənilərə münasibətdə hansı siyasətlər yürüdülür. Yəni, bu etnosu bir dövlət, bir siyasət həm təqib etməyə, həm də onları qoruyub-saxlamağa məcbur olub. Ermənilər belə bir ziddiyətli tərcümeyi-halı və taleyi olan bir xalqdır. Rəsmi Bakınının erməni təxribatlarına münasibəti məlumdur. Cənab Prezidentimiz bu mövqeyi dəfələrlə bildirib. Yəni burada bizim siyasətimiz yumruq siyasətidir. Bu münasibət birdən-birə dövlətimizin ağlına gəlməyib.

Bu haqda Nizami Cəfərov fikrini belə izah edib: "Bu qarşı tərəfin illərdir göstərdiyi siyasətin nəticəsidir. Yəni, diplomatiyaya da, sülh danışıqlarına da əl atılıb. Ancaq istər Ermənistan-Azərbaycan münasibətlərində, istər Türkiyə-Ermənistan münasibətlərində heç birinin səmərəsi olmayıb. Hətta, qəribədir ki, ermənilərin özü üçün faydalı olan, önəmli olan hər hansı siyasətə, münasibətə özləri etiraz edir. İndi də budur. Biz regionda gedən prosesləri, hadisələri artıq idarə edirik. Burada da məqsəd yenə odur ki, Ermənistan regionun normal ölkəsi həddinə çatsın. Amma yenə də müqavimətlə qarşılaşırıq. Burada da yenə ziddiyətlər var ki, bunu ermənilər istəmir, yoxsa ermənilərin "havadarları" istəmir. Amma bir məsələ məlumdur ki, ermənilərə və Ermənistana münasibətdəki rəsmi Bakının siyasətinin əsaslandığı bir məsələ var. O da budur ki, Azərbaycanın əhalisi təxminən yeddi milyondan on milyona qalxıb. Amma Ermənistanın əhalisi müstəqillik dövründə hardasa 4-5 milyondan 2 milyona enib. Az qala yarıbayarıdan çox azalıb. Bu nə deməkdir? Bu o deməkdir ki, Ermənistan müstəqil olmasına baxmayaraq öz xalqını yaşada bilmir. Bu dövlət bu xalqa mənsub deyil. Öz qurduqları dövlətdi, yəni bu da o deməkdir ki, bunların düşməni öz qurduqları siyasətdir. Bax belə münasibətdə idarə edilməz etnosdur və burada yumruq siyasətinə olmalıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə