Kəmaləddin Heydərov Rusiya FHN-ə başsağlığı verib

Kəmaləddin Heydərov Rusiya FHN-ə başsağlığı verib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevin faciəli şəkildə həlak olması ilə bağlı həmin nazirliyin kollektivinə başsağlığı məktubu göndərib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, məktubda rusiyalı nazirin hər zaman ölkəsinin təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini xatırladan nazir K.Heydərov, onun insan həyatını xilas edərkən qəhrəmancasına həlak olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə