"Rusiya bizim düşmənimizdir, üzümüzü Qərbə tutmalıyıq" - Anna Akopyan

"Rusiya bizim düşmənimizdir, üzümüzü Qərbə tutmalıyıq" - Anna Akopyan

44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyanın Rusiya əleyhinə sərt fikirlər səsləndirməsi erməni mənbələrində geniş tirajlanmaqdadır. SİA erməni mediasına istinadən xəbər verir ki, Baş nazirin xanımı müharibənin ilk günlərində ordu komandirləri və sakinlərlə görüşündə bildirib ki, əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil.

Anna Akopyanın çıxışından: "Düşdüyümüz indiki durum buna görə baş verir. Rusiya bu səbəbdən bizə müttəfiqdən çox düşməndir. Bu səbəbdən də, biz üzümüzü Qərbə tutmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə