Bu, dövlətimizin gənc kadrlara diqqətinin nümunəsidir - DEPUTAT MÜNASİBƏT BİLDİRİB
“Fərid Qayıbovun Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsinə təyin edilməsi həm də cənab Prezident tərəfindən Azərbaycan gənclərinə göstərilmiş böyük etimadın bir nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Deputatın sözlərinə görə, bu, eyni zamanda, böyük etimad olmaqla yanaşı, həm də böyük məsuliyyətdir: “Cənab Prezident naziri vəzifəsinə təyin edərkən gənclər və idman sahəsində əldə olunmuş nailiyyətlərlə yanaşı, mövcud problemləri də dəqiqliklə nəzərə çatdırıb”.
K.Cəfərov vurğulayıb ki, bundan sonra prezident İlham Əliyev yeni təyin olunan nazirə öz tapşırıqlarını verib: “Əminəm ki, yeni nazirimiz sözügedən problemlərin həlli istiqamətində əlindəki bütün imkanları səfərbər edəcək. Fikrimcə, problemlər öz həllini tapdıqca Azərbaycan idmanının və gənclərinin gələcəyi daha da parlaq olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB