“Fransa bu günə qədər ATƏT-in Minsk Qrupunun həmsədri mandatından sui-istifadə edərək Ermənistana dəstək verib. Bu dəstək hətta, o həddə çatıb ki, Fransa öz hərəkətləri ilə beynəlxalq hüquq normalarına zidd gedib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, bu kimi addımlar da təbii ki, Azərbaycanda Fransaya qarşı mənfi rəyin formalaşmasına gətirib çıxarıb: “Lakin hazırda Fransa işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım üçün 400 min avro ayırmağı planlayır”.
A.Mollazadə qeyd edib ki, Fransa həmsədr kimi balansı müəyyən qədər yaratmaq üçün bu cür addımları atmaq istəyir: “Lakin düşünürəm ki, Fransanın bu məsələdə atacağı ən yaxşı addım bölgədəki məsələlərə qarışmaması olardı. Fransa bu addımı ilə Azərbaycanla münasibətləri bir qədər normallaşdırmağa çalışır, lakin bunun nə qədər uğurlu olacağını zaman göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB