Ermənilər Azərbaycan dilini öyrənməkdə niyə maraqlıdır? - POLİTOLOQ AÇIQLADI

Ermənilər Azərbaycan dilini öyrənməkdə niyə maraqlıdır? - POLİTOLOQ AÇIQLADI

“Ümumiyyətlə Ermənistanda daima Azərbaycana və Türkiyəyə qarşı antifobiya formalaşıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycana və Türkiyəyə qarşı olan bu antifobiya Ermənistanın milli ideologiyasını təşkil edi: “İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiya sənədini imzalamalarına baxmayaraq, Azərbaycana qarşı hələ də düşmənçilik, revanşizm siyasətini həyata keçirir. Xüsusilə Yerəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Azərbaycan bölməsində Azərbaycanın etnik quruluşu, fərqli təbiəti daha dəqiq öyrənilir və Azərbaycana qarşı düşmənçilik ruhunda yeni bir nəsil yetişdirilir. Qarabağ müharibəsindən sonra Ermənistanda Azərbaycan dili kurslarının geniş şəkildə həyata keçirilməsi Azərbaycana qarşı Ermənistan gəncliyində düşmənçiliyin davam etdirilməsinə hesablanır. Ermənistan hələ də “Böyük Ermənistan” xülyasından geri çəkilməyib və onlar qonşularına qarşı, xüsusilə də Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyi gələcək nəsillərə əks etdirirlər. Məhz bu istiqamətdə Azərbaycan və türk dili kurslarının açılmağına xüsusi önəm verirlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə