“Davranışlar Azərbaycanın istədiyi şəkildə olmalıdır və olacaqdır” DEPUTAT ŞƏRH ETDİ

“Davranışlar Azərbaycanın istədiyi şəkildə olmalıdır və olacaqdır” DEPUTAT ŞƏRH ETDİ

Rusiya hərbi kontingentinin Qarabağdakı addımlarını onların komananı yox, Kreml müəyyənləşdirir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Millət vəkili vurğulayıb ki, ona görə də oradakı hərbi kontingentin rəhbərinin dəyişməsi bütövlükdə Rusiya hərbçilərinin davranışının dəyişəcəyi anlamına gəlmir.

“Açığını deyim ki, mən oradakı hərbi kontingentə hərhansı bir qafqazlının rəhbərlik etməsindənsə, Rusiyanın digər regionlarının təmsilçilərinin rəhbərlik etmələrini bizim maraqlarımız baxımından daha üstün tuturam. Detallara varmadan deyim ki, həmin rəhbərlikdə kim olursa-olsun, o, istər-istəməz aldığı əmri yerinə yetirməlidir. O ki qaldı Qarabağda sülhməramlı adı altında fəaliyyət göstərən hərbi kontingentin gələcək davranışlarına, bu davranışlar bütün hallarda Azərbaycanın istədiyi şəkildə olmalıdır və olacaqdır.
Onların hərəkəti misiyalarına uyğun gəlmədikdə Azərbaycan gərəkən bütün addımları atır, açıq şəkildə nota ilə etirazını bildirir, xəbərdarlıqlar edir və bütün bunlarla da kifayətlənmir. Bu yaxınlarda Şuşadakı mövqelərimizi atəşə tutan o seperatçı ünsürləri zərərsizləşdirdiyi kimi zərərsizləşdirir, geosiyasi xarakterli digər addımlar atır. Siz fikir versəniz görəcəksiniz ki, son bir həftədə Azərbaycan qardaş Türkiyə ilə havada, quruda və suda intensiv təlimlər keçirir. Bizim başqa bir qardaş dövlət- Pakistanla, Pakistanın xüsusi təyinatlı qüvvələri ilə birgə başlatdığımız “üç qardaş” beynəlxalq təlimi də elə-belə deyil və geosiyasi anlam daşıyan təlimdir. Bu təlimlər o deməkdir ki, heç kim heç nəyə ümid etməsin, Qarabağ Azərbaycan torpağıdır və Qarabağdakı bütün proseslər ancaq və ancaq Azərbaycanın istəkləri çərçivəsində baş verəcək, orada torpaqları işğal altında olan bir sıra dövlətlərdəki kimi “respublika-respublika” oyunu oynamaq mümkünsüzdür. Bunu biz 44 günlük savaş zamanı da göstərdik, bunu biz hazırda diplomatik və siyasi müstəvidə atdığımız addımlarda da göstəririk. Baxın, işğaldan azad olunan rayonlarda hazırda necə intensiv quruculuq işləri aparılır. SSRİ dönəmində belə reallaşdırılamsı həddən artıq çətin və hətta mükünüsüz kimi qələmə verilən tunellər çəkilir, yolar salınır, həmən rayonların necə sürətlə elektirkləşməsi reallaşdırldı. Fizuli hava limanını necə tez bir zamanda tikilib istifadəyə verildi. Bu cür qlobal layihənin tez bir zamanda icrasını biz son zamanalr ancaq biz Çində görürdük . Bütün bunlar nə deməkdir? O deməkdir ki, biz Qarabağda öz oyununu oynamaq istəyənlərə çox ustalıqla, çox səbrlə, çox düşünülmüş şəkildə gərəkən bütün cavabları veririk, verəcəyik də”, deyə Sahib Alıyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə