Əli Əliyev məntiqsiz ifadələri ilə erməni maraqlarına xidmət göstərir - REAKSİYA

Əli Əliyev məntiqsiz ifadələri ilə erməni maraqlarına xidmət göstərir - REAKSİYA

Bu gün özünü partiya lideri kimi təqim edən Əli Əliyevin əslində siyasi təşkilatının adına uyğun fəaliyyət göstərməməsi göz önündədir. Hətta daha dəqiq desək, Əli Əliyevin sədri olduğu partiyasndakı “vətəndaş” ifadəsinin ona aidiyyatnın olmadığnı artıq əminliklə söyləmək mümkündür. Çünki bu ölkənin gerçək vətəndaşı onun işğaldan azad olunmasına, güclənməsinə, qalibiyyətinə, zəfərinə sevinir, qürurlanır və fəxr edir. İndiki zamanda – azad olunmuş torpaqlarımızda nəhəng inşaat proseslərinin aparılmasına, Zəfər yolunun inşasının tamamlanması prosesinə, Laçında və Zəngilanda beynəlxalq hava limanlarının tikintisinə, Kəlbəcərdə, Murovda yenil yolların və infrastrukturların yaradılması prosesinə, Füzulidəki aeroportun istifadəyə verilməsinə, nəhayət - Azərbaycan əsgərinin tarixi Zəngəzur torpaqlarında üçrəngli müqəddəs bayrağımızı ucaltmasına qara yaxan bir ünsürdən başqa nəyi isə gözləməyə də dəyməz.

Bizlər uzun illərdir siyasi meydanda kimin-kim olduğunu yaxşı bilir və xatırlayırıq. Bu həmin Əli Əliyevdir ki, heç bir intellektual, dürüstlük, siyasi qabiliyyət səviyyəsinə malik olmayan fərd kimi daim parçalayıcı fəaliyyəti ilə yadda qalıb. Təsəvvürünüzə gətirin, bu gün özünü “VİP” sədri kimi təqdim edən Əli Əliyev vaxtilə AMİP-də ona etibar olunmuş idarəçiliyə qarşı xəyanət etdi, nəticədə oradan qovuldu. Sonradan isə özünə “partiya” yaradaraq ölkənin siyasi gündəminə zorla daxil oldu. Sirr deyil ki, bir adam xəyanət edibsə, o yenidən həmin xəyanəti təkrar edə bilər.

Bu gün Əli Əliyevin siyasi fəaliyyətində biz daha böyük xəyanətin – dövlətə, xalqa, dövlətçilik maraqlarına qarşı aşkar xəyanətin reallıqlarını görməkdəyik. Axı necə ola bilər ki, bu gün iqtisadi tənəzzül, siyasi böhran içində boğulan, məhv olan Ermənistanın bir sıra ictimai-siyasi dairələri hətta düşmən olduqlarına rəğmən, Azərbaycan qarşısında rüsvayçı məğlubiyyətə uğradığını etiraf edir, amma Əli Əliyev kimi siyasət həvəskarları isə Şanlı Qələbəmizi kölgə altında qoymağa cəhdlər göstərirlər? Bu faktın özü bilavasitə düşmən dəyirmanına su tökmək deyilmi? Bu fakt isbat etmirmi ki, Əli Əliyev öz çılğın və məzmunsuz, məntiqsiz ifadələri ilə erməni maraqlarına xidmət göstərir? Məncə, bundan artıq sübuta, təsdiqə də heç bi ehtiyac qalmır.

Bu ölkənin qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi var. Bu ölkənin sarsılmaz, əbədi, möhkəm təməllərə söykənən xlaq-iqtidar birliyi var və bu birlik, bu vəhdət hər birimizi növbəti zəfərlərə doğru aparır, bundan sonra da aparacaq. Buna isə kimsənin şübhəsi olmamalıdır. Hətta deyərdim ki, Əli Əliyev kimi gəldi-gedər siyasət həvəskarları zamanı çatanda xalqın qarşısında bu gün sərgilədiyi oyunbazlıqlarına görə üzr istəməli olacaqlar. Onun özündən “ağıllı” paritya sədri düzəltməyi isə ifşasını daha çox aşkara çıxarır.

Əli Əliyevin qaragüruhçuluğu artıq tarixin arxivinə atılmış lazımsız bir əşya xarakteri daşımaqdadır. Xatirinizdədirsə, pandemiya ilə mübarizəyə başlayan ilk vaxtlarda da “VİP” sədri özünü dağa-daşa vurmaqla isterik davranışları ilə gündəmdə qalmağı düşünürdü. Amma nə oldu? Ölkədə pandemiya ilə mübarizədə kifayət qədər uğurlar əldə olundu və ümumilikdə ümumbəşəri bəlaya çevrilən kroronavirusun vurduğu fəsadlara görə ağlına gələni danışdı. Lakin bu oyunbazlıqları da nəticəsiz qaldı.

Ötən ilin 27 sentyabrında başladılan və qələbəmizlə başa çatdırılan 44 günlük Vətən müharibəsindən sonra isə biz yenidən ortalıqda Əli Əliyevin isterik səhnələrinin tamaşaçılarına çevrildik. Əsassız iddiaları ilə norma düşüncəli cəmiyyət qarşısında xal toplamağa çalışan bu adam sanki həmin zümrədə yer ala bilmədiyini anladıqca daha da aqressivləşir, açıq-aşkar düşmənçilik mövqeyini nümayiş etdirir. Amma əlbəttə ki, bütün bunlar əbəs çabalamalardır. Azərbaycan xalqı kimin-kim olduğunu çox gözəl bilir və dərk edir. Ona görə də məsləhət görərdim ki, Əli Əliyev ümumiyyətlə, hər hansı məsələlərə münasibət bildirsin, çünki belə olanda daha çox rüsvayçılığa uğrayır.

Aydın Hüseynov, millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə