Əli Kərimli, Cəmil Həsənli və... kimi satqınların “don kixotluğu” haraya kimi...
Ataların hər bir sözü yerində deyilib. Necə ki, bu gün özlərini «müxalifətçi» adlandıran satqın, cinayətkarlar “hazırın naziri olaraq” 30 il həll olunmayan torpaqlarımızı 44 gün ərzində dünyada görünməyən müharibəni qələbə ilə başa vurmasını həzm edə bilmirlər. “Haqsız oturub, haqdan danışmaq” buna deyirlər. Bu gün belə nankorlar, satqınlar, cinayətkarlar çoxdur. Necə deyərlər, ağzını açanda bilirsən ki, səviyyəsi nə dərəcədir. Ən təəccüb doğuran isə, yerindən duran, Avropanın küçələrində sülənənlər özlərini ya «hüquq müdafiəçisi», ya da «demokrat jurnalist» adlandırırlar və gecə-gündüz sosial şəbəkələrdən düşmürlər. Görünür, bəlkə də elə orada da gecələyirlər. Belə olmasaydı, ölkəmizdə hansı uğurlu nailiyyətlər eşidirlər, xüsusilə də dövlət başçımızın xalqı tərəfindən böyük məhəbbətlə əhatə olunduğunu, həmçinin, dünya dövlətlərinin Prezident İlham Əliyevin diplomatik xarici siyasətinə həsəd apardığını eşitdikcə sağalmaz virusa tutulan «beşinci kolon»un erməniyə nökərçilik edən dələduz və satqınlar - Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov, Qurban Məmmədov və… bu kimi parazitlər qaşınmağa düşürlər. Bu kəslər o kəslərdir ki, Azərbaycanın çörəyini yeyib, suyunu içərək böyüyən, ərsəyə gələn, adam içinə girib özünü “adam” sanmağa başlayan, sonradan isə bütün bunları unudaraq, yediyi çörək və içdiyi su qabına qudurğancasına şıllaq atıb aşıran nankorlar, satqınlar o qədərdir ki!
Bu, o fərdlərdir ki, xarici dövlətlərə müxtəlif yollar sayəsində həyasızlıq, şivənlik yolları ilə mühacirət edib öz ölkəsinə qarşı düşmən mövqeyi göstərsələr də, nəticədə, yaxşı cavablarını alırlar. Elə götürək Azərbaycanı vaxtilə Avropa Şurası və Parlament Assambleyasında təmsil edən sabiq deputat, müxalifətin “Mat Tereza”sı Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulduqdan sonra yenə də danışması, hələ də özlərinə “azərbaycanlı” demələri, həyasızlığın son həddidir buna deyirlər. Hansı ki, belələrinin hətta bu millətin adını daşımağa belə heç bir mənəvi haqları qalmayıb. Qalmayıb həm də ona görə ki, belə “azərbaycanlıların” özlərini “siyasi mühacir” olmalarına təkan verən erməniçilik sevdasızlarıdır. Bax, bu tükənməz erməni sevdası olan bu kəslər erməni deyilən bir bici nəsli-kökü bilinməzi azərbaycanlı deyilən bir qeyrətlidən daha artıq tutması, əslində, nə qədər mənəviyyatsız olduqlarını göstərirlər.
Cinayətkarlar cəzadan yayına bilməz
Bu yerdə Dostoyevskinin cinayətkarla bağlı dediyi sözləri xatırlatmaq istərdim: “Cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür. Amma o cinayətin qorxusundan çıxmaq əsla mümkün deyil”. Bəli, müxalifət bir daha bunu anlamalıdır ki, cinayətkarlar cəzadan yayına bilməz. Aydın məsələdir ki, istənilən siyasi qurumun və ya təşkilatın səmərəli fəaliyyəti üçün ideologiya mütləq lazımdır. Çünki ideologiya həmin təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, onun hansı amal uğrunda mübarizə apardığını ortaya qoyur. Ancaq nə Müsavatın, nə AXCP-nin, nə digərlərinin konkret ideologiyası olmadığı üçün hər biri ayrı-ayrılıqda başlarından böyük layiq olmadıqları istəklərdə idilər. Çünki onların əsas ideologiyası satqınlıqdır. Baxın, Müsavat Dağlıq Qarabağı ermənilərə «bağışlayan» sənədə imza atıb, AXCP hələ çoxdan torpaqlarımızı 2000 dollara satıb - yəni bütün bunlar ictimaiyyətin diqqətindən və yaddaşından çıxmayıb.
Elə götürək «Milli Şura»nın «vahid namizədi» Rüstəm İbrahimbəyovu. O, həyatının böyük bir hissəsini Azərbaycandan kənarda yaşayıb və düşüncəsi də, mentaliteti də yadlaşıb və heç bir zaman Azərbaycan xalqını anlaya bilməyəcək. Eyni zamanda, Rüstəm İbrahimbəyovun iddialarının Azərbaycan xalqının milli maraqlarından irəlidə durması onun siyasi perspektivinin üzərində qalın xətt çəkir. Xalqın yaddaşındadır ki, 2008-ci ildən sonra qoca rejissor siyasi ambisiyalarını ortaya qoymağa başladı və bu da ermənilərin dəstəyilə reallaşdı. Rəhbəri olduğu AKİ-nin bütün resurslarını istismar edən, dövlət torpaqlarını zəbt edən, vergidən yayınan qoca rejissor şantaj vasitəsilə Şəhidlər Xiyabanını da restoranlar şəbəkəsinə çevirmək niyyətində idi. Amma ictimaiyyətin kəskin reaksiyası və milli hakimiyyətin qəti mövqeyi Rüstəm İbrahimbəyovun ermənilərlə birgə planının qarşısı alındı.
Yaxud da, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev də anti-milli fəaliyyətilə xalqın yaddaşındadır. Adları çəkilən və yaxud çəkilməyən anti-milli ünsürlərin xəyanətkar əməlləri haqqında geniş danışmağa ehtiyac da yoxdur. Çünki onlar bunu hər danışıqlarında və addımlarında isbatlayıblar. Və düşdükləri bu durumdan çıxmaq üçün başladılar dövləti, satqın, mənəviyyatsız Qənimət Zahid dediyi kimi, hakimiyyəti şərləməyə.
Reallığı danmaq olmaz
Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İskəndərli...kimi mənfurlar ölkəmizin beynəlxalq aləmdəki artan nüfuzundan qaşınmaya düşərək beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmaq üçün min bir fitnə-fəsada əl atır, ağlagəlməz yalanlar, böhtanlar uydururlar. Bu ermənilərə haqq qazandıran bu vicdanı olmayan ermənipərəst qüvvələrin çirkli pulları və anti-Azərbaycan qüvvələrin tula payı alan bu mənfurlara Azərbaycanın o çörəyi haram olsun! Az qalıb, xalq, qanun qarşısında cəza çəkməyinizə. Bu xəyanətkarlar ermənilərə və onların havadarlarına xoş görünmək və gündəlik yeməklərini artırmaq naminə bütün bunlarda Azərbaycan hakimiyyətini günahlandırır, «zavallı» ermənilərin heç bir günahı olmadığını iddia edirlər. Bu xəbis niyyətlərini sosial şəbəkələr vasitəsilə həyata keçirən satqınlara azərbaycanlı demək olarmı?
Bu gün dünya ictimaiyyəti, hətta Ermənistan dövlətinin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da işğalçı ölkəni müdafiə etmədi və haqqın tərəfində dayanaraq Azərbaycanın haqlı olduğunu bildirdi. Ancaq satqın və cinayətkarlar – əli kərimlilər, cəmil həsənlilər, vidadilər, sevinclər, ariflər...öz qan qardaşlarının – ermənilərin yanında olduqlarını açıq şəkildə bəyan etdilər. Ancaq bu satqın və şərəfsiz Əli Kərimli kimilər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Və bu gün sorosun tör-töküntüləri, çör-çöpləri isə əli kərimlilər, əli əliyevlər, cəmillər, sevinclər, qənimətlər kimi ünsürlər xalq tərəfindən tarixin zibil yeşiyinə atılanların tarix və zaman tələbi ilə xalqımızın və dövlətimizin mənafeyi, müqəddəs amallarımız, müqəddəs qanunlarımız qarşısında cavab vermələri zamanıdır və Azərbaycan xalqı belə satqınları heç vaxt bağışlamayacaq.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB