“Bölgədəki gərginlik Laçın dəhlizinin bağlanmasına səbəb ola bilər” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Bölgədəki gərginlik Laçın dəhlizinin bağlanmasına səbəb ola bilər” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Əslində, biz Laçın dəhlizini noyabrın 14-də açmışdıq ki, ermənilər də birgə bəyanatın şərtlərinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması barədə sənədi imzalasınlar və bu proseslər getsin. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi üzərinə götürdükləri öhdəlikləri, o cümlədən erməni silahlılarının Qarabağdan çıxarılmasına dair bənd və Zəngəzur dəhlizinin açılmasına dair maddə yerinə yetirilməyib”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə, bütün bu baş verənlər Ermənistan tərəfini haqlı olaraq narahat edir və etməlidir: “Çünki əgər tərəflərdən biri bəyanatın şərtlərini icra etmirsə, bu bəyanatın şərtlərinin icra edilməsinə cavabdeh olan sülhməramlı kontingentlə proseslərin ləngiməsinə şərait yaradırsa, o zaman üçüncü tərəf olaraq Azərbaycan bu birgə bəyanatın şəstlərindən geri çəkilə bilər. Bəyanatın geri çəkilməsi isə təbii ki, ermənilərin və sülhməramlıların Xankəndinə rahat hərəkəti üçün nəzərdə tutulan Laçın dəhlizinin bağlanmasına səbəb ola bilər. Odur ki, ermənilərin narahatlıqlarına əsaslı səbəblər var və ehtimal edirəm ki, onlar bu barədə yanlış düşünmürlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə