Millət vəkili videokonfransda YAP-ın keçdiyi şərəfli yoldan danışıb

Millət vəkili videokonfransda YAP-ın keçdiyi şərəfli yoldan danışıb

Bütün sahələrdə olduğu kimi, Azərbaycanın ictimai-siyasi həyatında da siyasi partiyaların, habelə qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilməkdədir. Hökumət tərəfindən iqtidar - müxalifət dialoqunun aparılması, siyasi partiyaların fəaliyyətlərinin gücləndirilməsi üçün hər cür şəraitin yaradılması, bu sahədə qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasıaparılan uğurlu işlərdən sayılır.

Ölkənin ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının hal-hazırda rayon təşkilatlarında IX hesabat konfransları keçirilməkdədir. YAP-ın bu istiqamətdəki tədbirlərinin davamı olaraqbu gün YAP Göyçay rayon təşkilatının onlayn formatda IX hesabat konfransı keçirilib, həmin konfransda 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən seçilmiş Milli Məclisin deputatı Məzahir Əfəndiyev iştirak edərək çıxış edib.

M.Əfəndiyev çıxışında Yeni Azərbaycan Partiyasının 2018-ci ildə Prezident seçkilərində əldə etdiyi qələbənin vacibliyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan çoxşaxəlivə uğurlu islahatları,2020-ci ildə İkinci Qarabağ - Vətən Müharibəsində erməni faşizmi üzərində qazanılan möhtəşəm Qələbəni xüsusi qeyd edib.

Millət vəkili həmçinin, Yeni Azərbaycan Partiyasının son qurultayında partiyada struktur dəyişikliyinin aparılması, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini təyin olunmasının hakim partiyanın nümayəndələrinin məsuliyyətini daha da artırdığını və qarşıya qoyulmuş vəzifələrin hər bir azərbaycanlını bundan sonra da firavan həyata səslədiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə