“Azərbaycan Ermənistanı sülhə məcbur etməyin yollarını bilir” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Ermənistanı sülhə məcbur etməyin yollarını bilir” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ötən ilin sentyabrında başlanan və 44 gündə davam edən Vətən müharibəsində Azərbaycan öz tarixində ən parlaq qələbə qazandı. 30 il müddətində düşmən tapdağında olan Azərbaycanın 20 faizi torpaqları Azərbaycan Müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti və qəhramanlığı Müzəffər Ali Baş Komandanımız düzgün qurduğu strategiya nəticəsində düşmən tapdağından azad etdi və düşmənə diz çökdürərək kapitulyasiya aktına imza atmağa məcbur etdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfinin üçtərəfli bəyanat imzalanıb: “Bu bəyanatın icrasını təmin etmək və bundan irəli gələn 11 yanvar 2021-ci il tarixli 3 tərəfli növbəti bir sənədin müdəallarını icra etmək məqsədi ilə 3 tərəfli işçi qrupu yaradıldı və 3 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində bu işçi qrupu fəaliyyət başladı. Amma bir müddət sonra işçi qrupunun fəaliyyəti dayandırılmalı oldu, çünki Ermənistanda parlament seçkiləri keçirildi və ondan sonra da Ermənistanda yeni hökumət formalaşmağa başlanmışdır. Bu müddət ərzində işçi qrupunun fəaliyyəti dayandırıldı. Eyni zamanda, Ermənistan tərəfi işçi qrupunun fəaliyyətini müəyyən mənada gecikdirmək məqsədi daşıyırdı. Bununla da üçtərəfli bəyanatın icrasını uzatmaq, xüsusən də “Zəngəzur dəhlizi”nin və digər kommunikasiyaların açılması, sərhədlərin demokrasiyası və delimitasiya işlərinə əngəllər törətmək”.

Cavid Osmanov bildirdi ki, artıq Qarabağla bağlı işçi qrupunun Moskvada görüşü keçirilir: “Əlbəttə ki, burada vacib məqam ondan ibarətdir ki, üçtərəfli bəyanatda hər 3 ölkənin öhdəlikləri var və burada Ermənistanla yanaşı Rusiya tərəfinin də üzərinə düşən vəzifələri var. Çünki Rusiya prezidentinin də üçtərəfli bəyanatda imzası var. Bu baxımdan, düşünürəm ki, işçi qrupunun fəaliyyətə başlaması, yeni təmasların olması üçtərəfli bəyanatın icrasını həyata keçirmək üçün çox əlverişli məqamdır. Təmasların olması “Zəngəzur dəhlizi”nin və digər kommunikasiyaların açılmasına, delimitasiya və demokrasiya işlərini həyata keçirilməsinə vacib töhfə verə bilər. Eyni zamanda, bilirik ki, məhz Ermənistanın da yeganə çıxış yolu üçtərəfli bəyanatın icrasını təmin etməkdən keçir. Belə olan halda əlbəttə ki, işçi qrupunun fəaliyyətinin də müəyyən mənada irəliləyişlər olacağını düşünürəm. Təmasların müsbət nəticələrini əlbəttə ki, gözləntilərimiz böyükdür və eyni zamanda, bu təmaslar vasitəsi ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın sərhədlərini tanımaqla, demokrasiya və delimitasiya işlərini aparmaqla sülh müqaviləsi imzalanmaq üçün çox əlverişli bir məqamdır. Əgər bu təmaslar nəticə verməsə Azərbaycan Ermənistanı sülhə məcbur etməyin yollarını bilir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə