Batmaqda olan gəmiyə minən Osmanqızı... ŞƏRH

Batmaqda olan gəmiyə minən Osmanqızı... ŞƏRH

Yaxud Avropadakı cəncəlli Osmanqızı nə vaxta kimi yalanlar tirajlayacaq?

Qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsinin ibrətamiz fikri var: “Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır”. Elə bu gün müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan, başqalarının əlində alət olan, iş-gücləri xaricdəki tualetləri, zibil qablarını eşələmək olan özlərini "siyasi mühacir” adlandıran cəncəllilər xaricdən ölkəmiz əleyhinə təbliğat aparmaqda, xalqı, onun iradəsini ifadə edən dövlət başçısını, dövlətçiliyi, siyasi hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxsləri təhqir etməkdədirlər. Heç kimə sirr deyil ki, onları belə çirkin işləri görməyə təhrik edən qüvvələr var. Bu günlərdə musavat.com saytında yer alan bir yazı onu deməyə əsas verir ki, Azərbaycan əleyhinə təbliğat aparan antimilli ünsürlərə vaxtilə ölkəmizdə hansısa vəzifəni daşımış, lakin sonradan bu vəzifədən uzaqlaşmış şəxslər də dəstək verməkdədirlər. Eynən kərtənkələnin ilana zəhər verdiyi kimi.

Batmaqda olan gəmiyə minən Osmanqızı

“ReAL” Partiyasının funksioneri Natiq Cəfərli bildirir ki, S.Osmanqızı birbaşa canlı yayım zamanı Ə.Kərimlini tənqid edən vətəndaşların səsini kəsir, guya xətdə problem var bəhanəsi ilə dərhal onun efirə qoşulmasına mane olur: "Sevinc Osmanqızının niyyətinin nə olduğunu bilmirəm, amma bildiyim odur ki, adam batmaqda olan bir gəmiyə minib. Klassik, sovetdənqalma düşüncə tərzli müxalifət bütpərəstliyini daha da gücləndirir və xalq da bunu qəbul etmir. Xalqa alternativ lazımdır. Ölkənin gələcəyi, yeni dünyagörüşlü liberal gənclərindir. Bizlərlə, sizin hiyləgər gülüşləriniz, tənqid edən insanın səsini kəsmək metodlarınız keçməyəcək. Əmin olun ki, bir müddətdən sonra sizə baxanlar sizi Kərimlinin bütpərəsti kimi qəbul edəcək. O zaman izləyicilərinizin sayını digər kanallar kimi tam saxta botlarla artırmaq məcburiyyətində qalacaqsınız. Sizinlə bağlı donor təşkilatlarına da faktlar əsasında məlumatlar gedir. Efirə çıxartdığınız bütlərin savadsız olduğunu siz də bilirsiniz. Ona görə, onlara suallar yox, pas ötürürsünüz. Bilirsiniz ki, 1-2 sualla onların karyerasına son qoyulacaq”.

Sevinc Osmanqızı belə də etməlidir, çünki Ə.Kərimli kimi eyni satqın, mənəviyyatsız, özgənin yalı ilə bəslənənlərdir. Çünki satqın və istifadə olunanların anladıqları budur. Sevinc Osmanqızı Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Vidadi İskəndərli... kimiləri kanalına dəvət edərək Azərbaycan dövlətinin ünvanına şər, böhtanlar yağdırmaqla bir daha xislətini və gerçək üzünü göstərir. Bu təəccüb də doğurmur. Çünki bu o Sevinc Osmanqızıdır ki, illərdir ki, sosial şəbəkələrdə onun-bunun sifarişlərini canla-başla həyata keçirərək əvəzində filan qədər dollar, avro əldə etməklə, Vətəninin maraqlarını amerikan, ingilis və s. ölkələrin xəfiyyələrinə satmaqla məşğuldur. Əgər bir fərd ki, öz ailəsinə, soyadına qarşı xəyanət edirsə, ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək də təəccüb doğurmur. Belə bir deyim var: "xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır". Lakin Sevinc kimiləri üçün isə, xəyanət etmək ən adi bir məsələdir və onun bunu anlamağı isə...Bir də dərk etməyə onun nə əqli, nə də əxlaqı imkan vermir. Çünki illər boyu rusun, farsın, erməninin, ingilisin, amerikalının, norveçlinin maşası, quruqbulayanından ancaq beə bir əxlaqsızlığı, mənəviyyatsızlığı gözləmək olar. Elə bədəxtlik də bundadır. S.Osmanqızı Vətəni bir evə dəyişən satqın iblisdir. S.Osmanqızını, vəhşi, faşist adlandırsaq da belə bu çox yumuşaq çıxır. Çünki bu iblis Xocalı faciəsi ilə bağlı "olanları bilmək borcumuz və haqqımızdır" deyərkən, bir daha Sarkisyan, Paşinyan kimi vəhşi olduğunu sübut edir. Ancaq bu yerdə bir məqamı da vurğulamaq istərdim ki, Sarkisyan həmin hadisələr zamanı hətta belə bir etiraf edərək bildirmişdi ki, Xocalıda insanları bilə-bilə qırıblar.

Digər bir fakt - Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda başqalarının əlində alət olan Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. Soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı sivil mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında bununla da düşmən dəyirmanına su töküb. O, iddia edib ki, guya bu gün sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir. Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, “baxın, azərbaycanlılar özləri öz əməllərini işfa edirlər”, - desinlər. S.Osmanqızı əlavə edərək bildirib: “Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırdı.

Deyəsən Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidləri də unudub...Bütün bunlar bir yana, belə çıxır Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da “unudub”. Yoxsa düşmən dəyirmanına bu cür su tökməzdi. Artıq S.Osmanqızı kimilərə faktları sübut etməyə ehtiyac yoxdur. O bütün Azərbaycan xalqı qarşısında cavab verməlidir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə