"Azərbaycanın ərazi bütövlüyünü tanımalı olacaq" POLİTOLOQDANIŞDI
“Sərhədlərin delimitasiyası və demarkasiyası müəyyənləşdiriləndən sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan müxtəlif təxribatlarla cığallıq edib vaxtı uzatmağa çalışır: "Bu da Ermənistanın bir daha əsl simasını nümayiş etdirir. Dünənə qədər Rusiyadan və dünyanın digər ölkələrindən imdad istəyən Ermənistan bu gün düşünür ki, vəziyyəti öz xeyrinə çevirə bilər. Lakin təbiidir ki, artıq Ermənistan açıq şəkildə məğlubiyyətə uğrayıb. Yaxşı olardı ki, Ermənistan tez bir zamanda Azərbaycanın bütün şərtlərini yerinə yetirsin".
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB