Sərhəddə baş verənlər regionda sabitliyə təhlükə yaradır - Zas

Sərhəddə baş verənlər regionda sabitliyə təhlükə yaradır - Zas

Ermənistan-Azərbaycan sərhəd münaqişəsinin siyasi yolla həlli imkanları tükənməyib, bu istiqamətdə işlər Ermənistan-Azərbaycan-Rusiya formatında davam etdirilməlidir. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanda işgüzar səfərdə olan KTMT baş katibi Stanislav Zas Arazdəyən (Ararat) bölgəsindəki hərbi hissələrin birində olarkən jurnalistin "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən hansı təkliflər hazırlanır" sualını cavablandırarkən belə deyib.

Zas qeyd edib ki, Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyət həmişə KTMT-nin diqqət mərkəzindədir: “Ermənistanın dövlət strukturlarının da köməyi ilə mütəşəkkil monitorinq keçiririk. Əlbəttə ki, bəhs etdiyiniz Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin Qafqaz regionu və əlbəttə ki, KTMT üzvü olan Ermənistan üçün təhlükə yaratdığına inanırıq. Problemin həll yollarından danışsaq, düşünürük ki, bu vəziyyətin siyasi yolla həlli imkanları tükənməyib, əslində hər kəs üçün ən yaxşı seçim olardı".

Bu kontekstdə Stanislav Zas Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında təyin olunmuş iş formatına önəm verir və KTMT-nin bütün hərəkətləri vəziyyətin bu anlayışından irəli gəlir: “Son vaxtlar sərhəd qarşıdurmalarının artmasından ciddi narahatıq. Bu, görülən iş üçün əlverişli deyil. Bundan əlavə, Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında Qarabağ münaqişəsinə son qoyulması və bölgədə sülhün bərqərar edilməsi yollarının tapılması üçün əldə edilmiş təməl prinsiplərinin həyata keçirilməsini çətinləşdirir. Bütün tərəflərin bunu başa düşməsini və fikir ayrılıqlarını siyasi yollarla həll etmələrini gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə