BMT Ermənistanı qadın naziri olmayan ölkələr siyahısına daxil etdi
BMT-nin "Siyasətdə Qadınlar-2021" xəritəsindəki Ermənistan 193 ölkə arasında 182-ci sırada, qadın nazir olmayan ölkələr siyahısına daxil edilib. Bu siyahıda Tayland, Səudiyyə Ərəbistanı, Yəmən və s ölkələr də var.
Eyni siyahıya görə, icra orqanlarında qadınların 50% və ya daha çox təmsilçiliyi ilə ilk sıralarda Nikaraqua, Avstriya, Belçika, İsveç, Albaniya, Kosta Rika, Finlandiya, Andorra, Kanada və s var.
Qeyd edək ki, Ermənistanda təyin olunan nazirlər arasında yalnız bir qadın var - səhiyyə naziri Anahit Avanesyan. Baş nazir və baş nazir müavinləri də kişilərdir.
Parlamentin Rəyasət Heyətində də qadın yoxdur. Amma parlamentdəki üç fraksiyanın sədri qadınlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB