“Müxalif mövqedə duran qüvvəni Azərbaycan xalqı dəstəkləməz” - MEDİA EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan Ermənistan arasındakı müharibə Ermənistanın məğlubiyyəti və kapitulyasiya aktına imza atması ilə başa çatıb. Amma buna baxmayaraq, hələlik, iki ölkə arasında sülh müqaviləsi yoxdur və sərhədlərin delimitasiya və demarkasiyası başa çatmayıb”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, Ermənistanda bəzi revanşist qüvvələr bundan istifadə edərək Azərbaycanın 44 günlük müharibədə qazandığı uğurları geri oxutmaq üçün cəhdlər göstərir, revanşist hərəkətlər edirlər: “Bu baxımdan, onlar bir sıra xarici havadarlarından da dəstək alırlar. Xüsusi olaraq, Fransadan və digər aparıcı ölkələrdə yaşayan erməni lobbisi və şəbəkəsi bu məsələdə ermənilərə dəstək verir və Ermənistanda təxribatçı qruplar Azərbaycana qarşı qisasçılıq hərəkətləri həyata keçirirlər. Bu baxımdan, sərhəddə baş verən atəşkəsin pozulması halları və digərlərini buna misal göstərmək olar. Təəssüf doğuran haldır ki, ermənilərin bu hərəkətləri ilə Azərbaycanın bəzi destruktiv qüvvələrinin hərəkətləri üst-üstə düşür. Uzun müddət müxalif düşərgəsində olan və Azərbaycanda hakimiyyətə gəlmək ehtirası ilə alışıb yanan, lakin heç vaxt məqsədinə çatmayan qüvvələr də indiki məqamlarda ermənilərlə həmrəylik göstərərək bu məsələdə nailiyyət qazanmaq istəyirlər. Onlar nə yolla olursa-olsun Azərbaycan hakimiyyətini, dövlətini gözdən salmağa çalışırlar. Bu məsələdə ermənilər işlədikləri tezisləri təkrar etməkdən çəkinmirlər. Diqqət yetirsək görərik ki, düşmən mediasında, düşmən ölkənin mətbuatında səslənən fikirlər çox qısa fasilədən bir necə saat sonra bizim radikal müxalifət düşərgəsində təmsil olan insanların dilindən də səslənir. Bu, o deməkdir ki, bunlar vahid mərkəzlərdən idarə olunurlar, tezis alırlar və Azərbaycan dövlətinə qarşı mübarizə aparırlar”.
M.Ələsgərli bildirdi ki, onlar anlamalıdırlar ki, iqtidarlar gəldi-gedərdi Azərbaycan dövləti isə qalıcıdır: “Yəni hakimiyyətə qarşı kinini, kin-küdurətini büruzə vermək üçün Azərbaycan dövlətinə qarşı mübarizə aparmaq olmaz. İndiki halda isə Azərbaycan iqtidarı Azərbaycan dövlətinin təmsilçisidir, həm də çox layiqli təmsilçisidir. 44 günlük müharibədə zəfər çalmış Azərbaycan ərazi bütövlüyünü suverenliyini təmin etmiş bir hakimiyyətdir. Bu cür hakimiyyətə, dövlətə qarşı çıxan müxalif mövqedə duran qüvvəni isə Azərbaycan xalqı heç vaxt dəstəkləməz. Onlar bunu nəzərə almalıdırlar və öz hərəkətlərində korrektə etməlidirlər. Əgər bu cür davam edərsə Azərbaycan xalqı mənfur ermənilər kimi bir gün onlarla eyni mövqedən çıxış edən müxalifət dəstələrini də sürüyüb bu ölkədən bir kənara ata bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB