"İsrail İrana zərbə endirməyə hazırdır" - Müdafiə naziri

İsrailin İrana zərbə endirməyə hazır olduğunu müdafiə naziri Benni Qantz bildirib. SİA xəbər verir ki, "Ynet"-ə verdiyi müsahibəsində yəhudi dövlətinin Tehrana zərbə endirməyə hazır olub-olmadığı soruşulduqda, o, "bəli" cavabını verib.

Gantz İsrailin İranı günahlandırdığı "Mercer Street" gəmisindəki hadisəyə işarə edərək əlavə edib: "İslam Respublikası İsrail, Yaxın Şərq və bütün dünya üçün təhlükə yaradır. İran beynəlxalq və regional problemdir. Dünya belə bir hadisəyə keçən cümə şahid oldu".

İranın yeni prezidenti İbrahim Rəisidən danışan Gantz bildirib ki, o İranı daha da sərt regional və təhlükəsizlik siyasətinə aparacaq: "İsrail öz potensialını bir çox cəbhədə inkişaf etdirməyə davam etməlidir. Çünki bu, gələcəkdir. İran çoxtərəfli şəkildə İsrailə meydan oxumaq istəyir və Livan və Qəzzada qüvvələrini artırır, Suriya və İraqda milislər yerləşdirir və Yəməndəki tərəfdarlarını dəstəkləyir. İran qlobal və regional bir problemdir və İsrailə meydan oxuyur".

Bir gün əvvəl Gantz İranın "JCPOA-nın bütün qaydalarını pozduğunu və nüvə silahı yaratmaq üçün lazımi qədər materiallar əldə etməsinə cəmi 10 həftə qaldığını söyləyib: "Hərəkət etməyin vaxtı gəldi - sözlər kifayət deyil. Diplomatik, iqtisadi və hətta hərbi əməliyyatların vaxtı gəldi. Əks halda hücumlar davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə