Paşinyan Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etməyə cəhd göstərir Rusiyalı hərbi-siyasi ekspert

Ermənistanın sərhədlərin demarkasiyası və delimitasiyası prosesini uzatması ətrafında bir sıra iddialar, fikirlər və mülahizələr səsləndirilir. Lakin hər şeyə rəğmən, İrəvanın bu məsələdəki inadkarlı mövqeyi Ermənistan üçün yeni risklər yaratmaqdadır. Əbəs deyil ki, bir sıra tanınmış politoloqlar, hərbi-siyasi ekspertlər və şərhçilər də sözügedən məsələnin həssas məqamlarını izah edir, müxtəlif proqnozlar irəli sürürlər.

SİA xəbər verir ki, news.ru-ya maraqlı izahlardan birini də Rusiyanın hərbi-siyasi politoloqu Aleksandr Perençiyev edib. Onun sözlərinə görə, Ermənistanın sərhədlərin demarkasiyası məsələsini uzatmaq cəhdləri bu məsələnin həlli müqabilində revanşistlərin ümidlərini tamamilə puç edir.

Ekspert hesab edir ki, Ermənistan sərhəd bölgələrində atəşlər açmaqla Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Zəngəzur dəhlizinin yaradılmasına maneələr törədir.

Aleksandr Perenciyev: “Həm Azərbaycan, həm də Türkiyə bizim strateji partnyorlarımızdır”

Halbuki, üçtərəfli razılaşma əsasında regionun inkişafı üçün əhəmiyyətli olan kommunikasiyaların blokadadan çıxarılması və tam iqtisadi inkişafın başlanğıcı nəzərdə tutulub.

Perençiyevə görə, erməni tərəfi, daha dəqiq desək, baş nazir Nikol Paşinyan həm ölkəsi, həm də özü üçün yeni risklər qazanır.

“Nikol Paşinyan faktiki olaraq Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etməyə cəhd göstərir. Bu isə bizə lazım deyil, çünki həm Azərbaycan, həm də Türkiyə bizim strateji partnyorlarımızdır. Biz, eyni zamanda Azərbaycanla MDB çərçivəsində əməkdaşlıq fəaliyyəti göstəririk”, Rusiyalı hərbi-siyasi politoloq bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...