"Ölkədə hər şey qara rəngdən ibarət deyil" - AMİP FUNKSİONERİ MÜNASİBƏT BİLDİRDİ

“Parlament üzvünün biri polis əməkdaşını döyür. Əlbəttə ki, bu, düzgün hərəkət deyil. Parlamentin deputatla bağlı qərarını haqlı hesab edirəm. Hər kəs qanun qarşısında bərabərhüquqludur. Bununla belə AXCP, Müsavat və “Milli Şura” kimi qurumlar və onların rəhbərləri 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun əldə etdiyi qalibiyyətimizə kölgə salmaq üçün şər-böhtan kampaniyaları yanlış hərəkətdir”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, müxalifət partiyalarının vəzifəsi ondan ibarətdir ki, hakimiyyəti müəyyən məsələlərə görə, tənqid etsin və çatışmayan cəhdlərini göstərsin: “Lakin o başqa şeydir ki, qarayaxma edir, hər şeyə qara baxır, pisləyir, qarşıdurmaya can atır. Axı ölkədə hər şey qara rəngdən ibarət deyil. Ola bilər müəyyən sahələrdə mənfi tərəflər var, axı müsbət tərəfləri də var. Müxalifət ölkədə olan müsbət tərəfləri də deməlidir. Ümumiyyətlə, burada milli və dövlətçilik maraqlarından söhbət gedirsə, müxalifət yanlış hərəkətlər etməməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə