Deputatın yiyəsi xalqdır - Spikerdən deputata SƏRT REAKSİYA

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tahir Kərimlinin fikirlərinə sərt reaksiya verib. SİA-nın məlumatına görə, deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı müzakirələrdə çıxışı zamanı deputatın yiyəsi yoxdur kimi fikir səsləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Siz 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə