“Rus qoşunlarının bölgədə yerləşdirilməsi ermənilərə üstünlüklər yarada bilməz” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Nikol Paşinyanın nazirlər kabinetinin iclasında Zəngəzur dəhlizinin açılmayacağı barədə bəyanatı hansısa gizli danışıqlar nəticəsində sərhədə rus qoşunlarının yerləşdirilməsi barədə razılaşmaya hesablanıb. Bu danışıqların axırı rus qoşunlarının bölgədə sərhədlərə yerləşdirilməsi ilə nəticələnəcək. Mən bilmirəm rus qoşunlarının yerləşdirilməsi nə qədər Ermənistana vacibdir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Ermənistan təkcə sərhədləri qorumaq deyil, həm də sərhədlərin demarkasiyası zamanı məsələni öz xeyrinə həll etmək istəyir: “Bu baxımdan, rus qoşunlarının bölgəyə yerləşdirilməsi arzuedilən deyil. Onsuz da bölgədə kifayət qədər rus hərbi bazaları var, indi də Ermənistanın sərhədlərinin böyük hissəsinin, yəni Türkiyə və İranla sərhədləri rus əsgərləri qoruyur. İndi də Azərbaycanla sərhəddə qoşunların yerləşdirilməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Sülh sazişi imzalanmayıb, sərhədlərin tam demarkasiyası baş verməyib. Bu baxımdan, rus qoşunlarının bölgədə yerləşdirilməsi ermənilərə üstünlüklər yarada bilməz”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə