Rusiyanın hərbi bazası Ermənistandan çıxarılacaq ŞƏRH+AKTUAL

Modest Kolerov: “Türkiyə və Azərbaycan Cənubi Qafqazda dominantlıq edir”

İndi Zaqafqaziyada (Cənubi Qafqaz) həm hərbi, həm siyasi, həm də iqtisadi planda birmənalı olaraq Türkiyə və Azərbaycan dominantlıq edir. SİA xəbər verir ki, bu barədə “Regnum” informasiya agentliyinin baş redaktoru, siyasi ekspert Modest Kolerov caliber-ə danışıb.

O, eyni zamanda qeyd edib ki, Rusiya bu reallığı qəbul etməyə bilməz. Bu reallığı eyni zamanda İran da tanıyır. Kolerov bununla yanaş təhlükələr barədə də fikir bildirib. “Hər peşəkar müşahidəçi anlaya bilməz ki, Gürcüstanın və Ermənistanın hərbi-siyasi cəhətdən çəkilərinin sıfırlaşması tarixin sonu deyil, fəqət onun yeni mərhələsinin başlanğıcıdır ki, bu da özündə yeni təhlükələri saxlayır” deyən siyasi ekspert əlavə edib.

“Azərbaycanın iradəsi olmadan, ATƏT-in Minsk qrupunun rolu bərpa edilməyəcək”

Ermənistanın yenidən danışıqlar masasına otuzdurmaq istədiyi ATƏT-in Minsk qrupunun gələcək taleyinə gəlincə Kolerov bildirib ki, Ermənistanın ATƏT-in Minsk qrupundakı apellyasiyası 10 noyabr 2020-ci ildəki razılaşmanı pozmaq və Rusiyaınn rolunun minimallaşdırılması baxımından Qərbin maraqları ilə üst-üstə düşür. “Bu, utopiyadır. Azərbaycanın iradəsi olmadan, ATƏT-in Minsk qrupunun rolu bərpa edilməyəcək. Qarabağın taleyi isə Bakıda həll olunacaq ki, bu da Rusiya faktorunun diqqətə alınıb-alınmamasından asılı olmayaraq, Türkiyənin rolunu artırır. Burada özünü aldatmağa ehtiyac yoxdur: diplomatlara və diplomatik texnikalara olan bağlılığa baxmayaraq, ATƏT-in Minsk qrupu ölüb. Onun fəaliyyəti üçün artıq heç bir predmet yoxdur, baş redaktor bildirib.

“Bu, İrəvanın kapitulyasiyasının davamıdır”

Ermənistan-Azərbaycan sərhədində son zamanlar baş verən gərginliklə bağlı sualı cavablandıran Modest Kolerov olayları belə əlaqələndirib ki, baş verənlər Azərbaycanın bu məsələdən daha çox səmərə götürmək istəyi ilə bağlıdır.

“Bu, həmçinin İrəvanın kapitulyasiyasının davamıdır. Bu isə yaxın zamanlarda da başa çatmayacaq”, “Regnum”un rəhbəri proqnozlaşdırıb.

Azərbaycanla Ermənistan arasındakı sülh razılaşması perspektivlərinə və ərazi bütövlüyünün tanınmasına gəlincə, Rusiya nəşrinin baş redaktoru qeyd edib ki, əgər qarşılıqlı ərazi bütövlüyünün tanınmaması hələ də gündəmdədirsə, perspektivlik kifayət qədər uzaqdadır. “Praktiki sərhədin təyin olunması üçün çox illər lazımdır. Mövcud sərhədyanı münaqişə də məhz gələcək sərhədlərin müəyyən olunmasına görə baş verir”, deyən Kolerov hesab edir ki, yaxın günlərdə yalnız delimitasiya və demarkasiya, sərhədlərin təchizatlaşdırılması ətrafında danışıqlara başlamaq mümkündür.

Rusiyalı siyasi şərhçi və baş redaktor Rusiyanın 102-ci hərbi bazasının Ermənistanın Gümrü şəhərindən çıxarılması perspektivlərinə də toxunaraq qeyd edib ki, İrəvan 10 noyabr 2020-ci ildəki razılaşmaya görə indi ritorik qaydada Rusiyaya “minnətdarlıq” edir, o cümlədən, KTMT-nin diskreditəsi üçün perspektivlərini müəyyən edir, bu isə Rusiya bazasının Ermənistandan çıxarılmasına yönəlib. Ermənistan bu vasitə ilə Qərbə “stavka” edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə