YAP deputatın polisi döyməsinə münasibət bildirdi - SON DƏQİQƏ

Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında YAP Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bunları deyib: “Baş vermiş hadisədən təəssüf hissi keçiririk. Faktla bağlı hüquq-mühafizə orqanlarında aşardırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək”.

Xatırladaq ki, insident iyulun 29-da gecə saat 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Belə ki, E. Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə